Türkiyə film sənayesinə zərbə
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
20:22 | 21 aprel 2022 | Cümə axşamı
Məqaləyə 4571 dəfə baxılıb
Şriftin ölçüsü
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
Minlərlə tələbə başqa ali məktəbə köçürülür
Ermənistandan vacib Türkiyə həmləsi
Super ulduz Türkiyə milli komandası üçün yeni marş bəstələyir?
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
İş adamı Aydın Çavuşoğlunun vəziyyəti ağırdır
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
“Qalatasaray” TFF ilə bütün münasibətləri kəsdi
“Gənclərbirliyi” – “Qalatasaray” matçının VAR hakimi yeni futbol termini yaratdı
İtki yoxdur
Türkiyənin Ukraynaya hücumu ilə bağlı Rusiyaya qarşı sərt mövqeyi NATO müttəfiqi olan ABŞ-la münasibətlərin yaxşılaşmasına təkan verir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın işğalını birmənalı şəkildə pisləyib. Eyni zamanda, Ankara - Moskvanın tənqidləri fonunda - Rusiya qüvvələrinə ölümcül zərbələr endirməkdə davam edən Türkiyə istehsalı pilotsuz təyyarələrini satıb. Ankara eləcə də Rusiyanın əksər hərbi gəmilərinin Qara dənizə çıxışını bağlayıb. Vaşinqton bütün bu addımları yüksək qiymətləndirib.
Avropa Şurasının baş elmi işçisi Əsli Aydıntaşbaş Türkiyənin bu mövqeyinin ABŞ-Türkiyə münasibətlərinin yenidən qurulması üçün fürsət olduğunu deyib.
“Bu, şübhəsiz ki, Ukrayna müharibəsindən əvvəl olmayan sabitliyin və qarşılıqlı əlaqələrin səviyyəsini artırdı. Bayden administrasiyasının siyasəti Türkiyənin avtokratiyaya çevrilməsi, eləcə də ikitərəfli münasibətlərdə çoxlu həlledici problemlərin olması səbəbilə olduğu üçün sosial uzaqlaşma, Ərdoğana bir qədər soyuq münasibət kimi görünürdü”, – deyə Aydıntaşbaş bildirib.
Ukrayna münaqişəsi başlayandan bəri Amerikanın yüksək səviyyəli diplomatları Türkiyəyə bir neçə dəfə səfər edib və keçən ay əlaqələrin gücləndirilməsi üçün yeni bir çərçivənin yaradılacağı elan edilib.
NATO müttəfiqləri arasında münasibətlər, əsasən də Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə yaxınlığına görə gərginləşib.
Ankaranın Rusiyadan S-400 zenit-raket kompleksləri alması Amerikanın sanksiyalarına və Türkiyənin döyüş təyyarələri almasına qadağa qoyulmasına səbəb olub. Aydıntaşbaşın dediyinə görə, Ankara ABŞ-ın “F-35” qırıcılarını almaq üçün sanksiyaların yumşaldılmasına çalışır.
Analitiklər deyirlər ki, qonşusu və rəqibi Yunanıstanın müdafiə qüvvələrini yenilədiyini nəzərə alan Ankara özünün köhnə qırıcı təyyarələrindən narahatdır.
Ərdoğan ABŞ prezidenti Co Baydenlə söhbətində döyüş təyyarələri almaq məsələsini də gündəmə gətirib.