Rusiyada Orucova 16 il cəza
Ali Məhkəmə il yarım əvvəl verilən hökmü qüvvədə saxladı
20:56 | 27 iyun 2022 | Bazar ertəsi
Məqaləyə 1446 dəfə baxılıb
Şriftin ölçüsü
Ali Məhkəmə il yarım əvvəl verilən hökmü qüvvədə saxladı
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
Şagirdlərin hücum xəbərlərinin mediada yayımını məhdudlaşdıran qanun layihəsi hazırlanır
Ölənlər var
PUA zərbələri güclü yanğına səbəb oldu
Rusiyada anti-polis çağırışları: “Rəsmi sənədlərə etibar etməyin”
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiyada məhkum qadınların sayı niyə artır?
Kremldəki həddindən artıq ehtiyatlılığa səbəb nədir?
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Rusiya hücum infrastrukturunu qurub, planları nəzərdən keçirib
20-29 yaş arası gənclərin sayı 40, doğuş səviyyəsi isə 25 faiz azalıb
Rusiya hakimiyyətinin nəzarətində olan proqramdan istifadə şəxsi məlumatları risk altında qoyur
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
İyunun 27-nə keçən gecə Rusiyada 1918-ci ildən bəri ilk dəfə “Rusiya-2026” və “Rusiya-2036” xarici valyutada dövlət borc öhdəlikləri üzrə defolt baş verib. Bu barədə “Bloomberg” agentliyi yazır. Agentliyin məlumatına görə, bazar günü, mayın 27-də dövlət istiqrazları üzrə 100 milyon dollara yaxın gecikmiş ödənişlərin ödənilməsi üçün güzəşt müddəti başa çatıb, ödəniş həyata keçirilmədikdə bu, defolt hadisəsi hesab olunur.
“Bloomberg” qeyd edir ki, bu defolt 1918-ci ildən bəri ilk dəfə baş verib və “xarici kreditorlara ödənişlərin yolunu kəsən getdikcə şiddətlənən Qərb sanksiyalarının kulminasiyası nöqtəsi” olub.
“Bu, ölkənin sürətlə iqtisadi, maliyyə və siyasi cəhətdən tənəzzülünün acınacaqlı əlamətidir” deyən agentlik Rusiyanın mərkəzi bankının valyuta ehtiyatlarının dondurulduğunu və iri bankların qlobal maliyyə sistemi ilə əlaqəsinin kəsildiyini qeyd edib.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Kremlin Rusiya Federasiyasındakı defoltla bağlı bəyanatlarla razı olub-olmaması ilə bağlı sualını cavablandırarkən deyib ki, “xeyr, razı deyilik”.
Rusiya Maliyyə Nazirliyi öz növbəsində, investorların Rusiya Federasiyasının suveren avrobondlarının iki buraxılışı üzrə ödənişləri “üçüncü tərəflərin hərəkətləri səbəbindən” almadıqlarına istinad edib. Agentlik bəyan edib ki, hələ mayın 20-də, gözlənilən ödəniş tarixindən bir həftə əvvəl vəsaiti həmin buraxılışlar üzrə ödəniş agenti olan Milli hesablaşma depozitarına köçürüb və bununla da borc kağızlarının xidməti üzrə öhdəliklərini yerinə yetirib. Milli hesablaşma depozitarı daxil olan avrobond ödənişlərinin əmanətçilərə köçürüldüyünü bildirib. Lakin bu vəsaitlər “Euroclear” beynəlxalq depozitarında “ilişib “ və heç vaxt sahiblərinə çatmayıb.
Rusiya Federasiyası Maliyyə Nazirliyinin məlumatına görə, bu, mayın 25-də OFAC-ın (ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət Ofisi) lisenziyasının müddətinin başa çatması ilə əlaqədar baş verib. Bu, Rusiyanın qiymətli kağızları üzrə ödənişlərin alınması üçün zəruri olan əməliyyatlara icazə verirdi, ABŞ-ın Maliyyə nazirliyi isə onun yenilənməyəcəyini əvvəlcədən elan edib.
“Beynəlxalq hesablaşma və klirinq sistemləri əvvəlcədən vəsaiti tam şəkildə qəbul edərək, bu vəsaitləri alıcılara çatdırmaq üçün hüquqi və maliyyə imkanlarına malik olsa da (müvafiq olaraq ABŞ dolları və avro ilə ödənişlər üzrə mayın 24-də və 25-də vəsait vaxtında daxil olub) bunun üçün lazımi tədbirlər görməyib”, – deyə Rusiya Federasiyası Maliyyə Nazirliyinin məlumatında deyilir.
Agentlik vurğulayır ki, bütün bazar iştirakçıları “göstərilən lisenziyanın müddətinin bitdiyini əvvəlcədən bilirdilər, lakin vəsaitləri investorlara çatdırmaq üçün tədbir görməyiblər” və “xarici maliyyə vasitəçilərinin hərəkətləri Rusiya Maliyyə Nazirliyinin nəzarətindən kənardadır”.
“Bloomberg” agentliyi defoltun hələ də əsasən simvolik xarakter daşıdığını və bunun rusiyalılar üçün əhəmiyyətinin az olduğunu vurğulayır.