Tramp Si görüşündə qalmaqallı olaylar
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
16:12 | 7 dekabr 2022 | Çərşənbə
Məqaləyə 1131 dəfə baxılıb
Şriftin ölçüsü
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Çin ixracatı Süni intellekt tələbi ilə sürətlə artır
Pekin boğazın açılmasını istəsə də, qarşılıqlı güzəşt tələb edir
Pekin “Böyük İpək Yolu”nun Mərkəzi Asiyadan keçən hissəsinə tam nəzarət etmək istəyir
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
Pekinin süni adalar işini sürətləndirməsi Tokionu hərəkətə keçirdi
Dünyanın ən uzun eskalator sistemi istifadəyə verilir
Çində kuryoz hadisə – “Mercedes-Benz”i sahibi ilə birlikdə məzarda basdırdılar
Tehran sanksiya siyahısına düşən Çin bankı ilə iş birliyinə girib
Kanada xarici işlər naziri Çinin beynəlxalq sularda iddiasına qarşı çıxmaq üçün Tayvan boğazına daha çox hərbi gəmi göndərəcəyini deyib. XİN rəhbəri Melani Coli “The Financial Times” qəzetinə “Biz əmin olmalıyıq ki, Tayvan boğazı məsələsi açıqdır və beynəlxalq boğaz olaraq qalır”, – deyə bildirib.
O, ölkəsinin Tayvanı Çindən ayıran təxminən 200 kilometrlik su sahəsində “beynəlxalq qaydalara əsaslanan nizamı tətbiq etməyə” davam edəcəyini söylədi.
NATO xarici işlər nazirlərinin Buxarestdə keçirilən iclasında iştirak edən Coli “Beləliklə, bu yay ABŞ-la birlikdə Tayvan boğazını keçən bir freqatımız var idi [və] daha çox freqat keçmək niyyətindəyik”, demişdi.
1949-cu ildə vətəndaş müharibəsindən sonra Tayvanın özünü idarə etməsinə baxmayaraq, Çin adanın öz ərazisi olduğunu iddia edir. Pekin bu il ABŞ-a bildirib ki, Si Tsinpin hökuməti boğazı beynəlxalq sular kimi tanımır.
Sentyabr ayında Tayvan Kanadadan Çin təcavüzünə qarşı hazırlaşan ada dövlətinə dəstək nümayişi olaraq mübahisəli sulara döyüş gəmilərini göndərməsini istəyib.
Coli bildirib ki, Kanada sülh və sabitliyin təmin edilməsinə kömək etmək üçün Hind-Sakit Okean regionunda yeni hərbi birləşmələri öhdəsinə götürüb. İlkin Hind-Sakit Okean strategiyasında Ottava Pekini “getdikcə dağıdıcı” qlobal güc kimi təsvir edib.
Castin Trüdo hökumətinin yeni strategiyasına qeyd olunur ki, “Kanada həm Tayvan boğazı və Şərqi-Cənubi Çin dənizlərində mövcud vəziyyəti təhdid edən birtərəfli hərəkətlərə qarşı çıxmaq üçün tərəfdaşları ilə işləməyə davam edəcək”.
Kanada Çinlə olan normal siyasətinə baxmayaraq, administrasiya ticarət və digər vasitələrlə Tayvanla da əlaqə quracaq. Xarici işlər naziri vurğuladı ki, Ottava zərurət yarandıqda Çinə “meydan oxuyacaq”, lakin iqlim dəyişikliyi, silahların yayılmaması və qlobal sağlamlıq problemləri kimi məsələlərdə “lazım olduqda əməkdaşlıq edəcək”.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning brifinqdə deyib ki, Çin həmişə “digər ölkələrin nəqliyyat hüquqlarına hörmət edir”, lakin “Tayvan boğazı üzərində suveren hüquqlara və yurisdiksiyaya” malikdir.
Mao əlavə etdi: “Çin beynəlxalq hüquq çərçivəsində ölkələrin nəqliyyat hüquqlarına hörmətlə yanaşmasına baxmayaraq, hər hansı bir ölkənin nəqliyyat azadlığı adı altında Çinin suverenliyinə və təhlükəsizliyinə təhdidlərini və təxribatlarını qətiyyətlə rədd edirik”.
Çin dövlət mediası CGTN şərhində bildirib ki, bu yaxınlarda elan edilmiş Hind-Sakit okean strategiyası “mövzu ilə bağlı Amerikanın dilinə bənzər” dil və məqsədlərlə doludur.
Məqalədə deyilir: “Jolinin bəyanatında göstərilən “cəsarət” gələcək dəstəyi göstərir”.