Bazarlıq baş tutmadı
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
23:37 | 18 fevral 2025 | Çərşənbə axşamı
Məqaləyə 156 dəfə baxılıb
Şriftin ölçüsü
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
3 moda evi qiymət maxinasiyalarında günahlandırlır
Rusiya aktivlərinin müsadirə edilməsinə qarşı Kreml eyni cavab verəcək
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Beynəlxalq güclərin savaşı ölkədə qütbləşmə yaradıb
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Avropa Parlamentində Avropa Komissiyasına qarşı etimadsızlıq təşəbbüsü bu dəfə solçulardan gəldi
Ən uzunömürlülər qitənin qərb hissəsində yaşayır
Polşada həyəcan, uçuşlar dayandırıldı
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Ursula von der Leyenin çıxışı Avropa Parlamenti üzvləri tərəfindən birmənalı qarşılanmadı
17 fevral axşamı Parisdə, Yelisey sarayında Avropanın əsas liderləri qitənin düşdüyü böhranı müzakirə etmək üçün toplaşıblar.
ABŞ Rusiya ilə Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üzrə birbaşa danışıqlara başlayıb və Avropanı bu müzakirələrə açıq şəkildə dəvət etməyib. ABŞ müdafiə naziri Pit Heqset danışıqlar ərəfəsində bildirib ki, Ukraynanın 2014-cü ildən əvvəlki sərhədlərinə qayıtması və NATO-ya qoşulması real deyil. O həmçinin vurğulayıb ki, ABŞ Ukraynaya sülhməramlı göndərmək niyyətində deyil.
14 fevralda Münhen Təhlükəsizlik Konfransında ABŞ-ın vitse-prezidenti Ceyms Di Vens Avropanı sərt şəkildə tənqid edib, onun sözlərinə görə, avropalı liderlər sağçı populistlərin nüfuzunun artmasına baxmayaraq, onların təsirini məhdudlaşdırmağa çalışırlar.
Bu çıxış Avropa ilə ABŞ arasında münasibətlərin “dönüş nöqtəsi” kimi qiymətləndirilir. Bu fonda ABŞ prezidenti Donald Trampın illərlə Avropa müttəfiqlərini tənqid etməsi də xatırlanır: o, Avropa ölkələrinin müdafiəyə çox az vəsait ayırdığını və ABŞ-ın “təhlükəsizlik çətiri”ndən asılı qaldığını bildirirdi.
İndi böhran yeni mərhələyə keçib. Fransa prezidenti Emmanuel Makron liderləri bir araya toplamağa tələsib, lakin Avropanı birləşdirmək mümkün olmayıb.
İtaliyanın baş naziri Corca Meloni görüşə gecikib və ümumiyyətlə ora istəksiz getdiyini nümayiş etdirib.
Almaniya kansleri Olaf Şolz görüşü erkən tərk edib – onun bir həftədən az müddət qalmış seçkilərə görə kampaniyaya üstünlük verdiyi açıq olub.
Böyük Britaniyanın baş naziri Kir Starmer Avropanın əhəmiyyətini Trampa anlatmağa hazır olduğunu bəyan etsə də, Avropa liderləri bu fikrə soyuq yanaşıblar. “Brexit”dən sonra Britaniyanın Avropa liderliyi iddiaları mübahisəli görünür.
Makron özü də ölkəsində zəif mövqedədir. 2024-cü ilin yayında o, siyasi manipulyasiyalarla sağçı populistləri hakimiyyətdən uzaq tuta bilib, amma dekabrda parlament onun hökumətini etimadsızlıq səsi ilə vəzifədən uzaqlaşdırıb – bu, Fransada 60 ildən çox müddətdə ilk dəfə baş verib.
16 fevralda Kir Starmer Britaniyanın Ukraynaya sülhməramlı göndərməyə hazır olduğunu bildirib. Paris görüşündə Makron və İsveçin baş naziri Ulf Kristersson eyni fikri səsləndiriblər. Amma Şolz buna qarşı çıxıb, bu təklifləri “tamamilə vaxtsız və yersiz” adlandırıb.
Polşa baş naziri Donald Tusk isə Ukraynanı dəstəklədiyini, amma Polşa əsgərlərini nə sülhməramlı, nə də başqa formatda ora göndərmək niyyətində olmadığını açıq şəkildə bildirib.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Layen Münhen konfransında Avropa İttifaqında büdcə kəsiri və borc limitlərini yumşaltmağı təklif edib. Bu, Avropa ölkələrinə müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək.
Paris görüşündə Şolts və digər liderlər fon der Lyayenin təklifini dəstəkləyiblər. Avropa indi silahlanmağa qərar verib.
Rusiya uzun müddətdir ki, "vahid Qərbin" olmadığını iddia edir. 2022 və 2023-cü illərdə Rusiya Xarici İşlər Nazirliyinin xarici siyasət planlaşdırma departamentinin rəhbəri Aleksey Drobinin "sivilizasiya yanaşması"nı dəstəklədiyini yazıb. O, Avropanı "kontinental Avropa sivilizasiyası" və "ABŞ və ingilis-sakson dünyası" kimi ayırıb.
Əvvəllər bu yanaşma fantaziya kimi görünə bilərdi, çünki ABŞ və Avropa Ukraynanı birgə dəstəkləyir, Rusiyaya qarşı vahid sanksiyalar tətbiq edir və Putini diplomatik təcrid edirdilər.
İndi vəziyyət tamamilə dəyişib. Paris sammiti isə "kontinental Avropanın" parçalanmış və çaşqın olduğunu nümayiş etdirdi.