Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
12:41 | 21 mart 2025 | Cümə
Məqaləyə 334 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Rusiya sanksiyaları ilə bağlı London Brüssel “Brexit”dən sonra ən böyük fikir ayrılığı yaşayır
Starmerdən sonra kim gələ bilər?
Seçkilərdə Leyboristlərin verdiyi ağır itkiləri “Reform”çular ələ keçirdi
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
İngiltərənin Baş naziri səfiri vəzifəsindən uzaqlaşdırdı
“Vəliəhd şahzadə üçün pis xəbər”
Populyarlığı rekord səviyyədə düşdü
Şahzadə Harri 18 ay sonra ilk dəfə atası Kral Çarlz ilə görüşdü
Keir Starmer: “İngiltərənin Polşaya dəstəyini açıq şəkildə bildirdim”
Böyük Britaniyadan Rusiyaya sərt reaksiya
Böyük Britaniyanın baş naziri Keir Starmer paytaxt Londonun şimal-qərbindəki Nortvud hərbi bazasında 30-a yaxın ölkənin yüksək səviyyəli hərbi rəsmiləri ilə görüşüb. İclasda sülh sazişi çərçivəsində Ukraynaya göndərilən əsgərlərin Ukraynanın təhlükəsizliyinin təmin olunmasına necə töhfə verə biləcəyi müzakirə olunub.
Mümkün sülh razılaşmasından sonra sülhü qorumaq üçün Ukraynaya sülhməramlılar göndərməyə hazır olan “istəklilər koalisiyası” adlanan ölkələrin hərbi rəsmilərinin iştirak etdiyi görüşdə Britaniyanın müdafiə naziri Con Hili də iştirak edib.
İngiltərə Baş naziri Starmer görüşdən sonra verdiyi açıqlamada Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılmasına dair razılaşmanın daimi olması üçün təhlükəsizlik tədbirlərinin görülməsi lazım olduğunu bildirib. İngiltərə və müttəfiqlərinin siyasi danışıqlar mərhələsindən hərbi planlaşdırma mərhələsinə keçdiyini vurğulayan Starmer, “planlaşdırma sülh razılaşması əldə edilməzdən əvvəl dərhal edilməlidir”, – deyib.
***
“Təhlükəsizlik tənzimləmələrinin məqsədi Rusiyaya, əldə edilmiş razılaşmanı pozarsa, ciddi nəticələrin olacağını başa salmaqdır. Bunun üçün ABŞ-ın bunun bir hissəsi olması lazımdır. Çünki Putin açıq şəkildə başa düşməlidir ki, sərhədləri aşsa, ciddi nəticələr olacaq. Bu planın məqsədi, Estoniya və bizim sülhü qoruduğumuz digər ölkələrdə olduğu kimi”, – Starmer deyib.
“Bizim bu işi görməyimiz son dərəcə vacibdir, çünki bir şeyi dəqiq bilirik. Bunun arxasında təminatları olmayan istənilən razılaşma Putin tərəfindən pozulacaq. Biz bunu bilirik, çünki bu, əvvəllər də olub. Bunun bir daha təkrarlanacağına şübhəm yoxdur”.
***
Bugünkü görüşdən əvvəl Starmer ölkənin şimal-qərbində nüvə sualtı qayıqlarının inşa olunduğu Barrou limanına baş çəkib. Baş nazir nüvə silahı olan sualtı qayığa baş çəkməklə və on ildən artıq müddətdə Vanguard sinifli sualtı qayığa minən ilk Britaniya lideri olub. Britaniya mediası Starmerin ciddi mühafizə olunan nüvə sualtı qayığına səfərini əks etdirən kadrların Moskvaya mesaj olduğunu yazıb. Səfər zamanı danışan Starmer, bugünkü danışıqlarda Ukraynanın səmalarını, dənizlərini və sərhədlərini necə təhlükəsiz saxlamaqla bağlı müzakirələrin aparılacağını bildirib. İngiltərə bu ayın əvvəlində 26 ölkənin iştirak etdiyi oxşar sammit təşkil etmişdi.