vaxtlı-vaxtında oxuyun! Cümə, 2 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
QƏZA, FACİƏ  
Yüzlərlə şagird zəhərləndi 08:59 | 2 may 2025 | Cümə Məqaləyə 113 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yüzlərlə şagird zəhərləndi

Hindistanda məktəb yeməklərində ilan tapıldı

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Hindistanda bir məktəbdə şagirdlərə verilən yeməkdə ilan qalıqları tapılıb. Yüzlərlə tələbənin zəhərlənməsindən sonra insanlar küçələrə axışıb.

“News18”in məlumatına görə, hadisə aprelin 24-də Bihar əyalətinin Mokama şəhərində hökumət məktəbində baş verib.

Zəhərlənən tələbələrdən ən azı 22-si xəstəxanaya çatdırılsa da, hadisə yerli əhalinin reaksiyasına səbəb olub.

Qəzəbli kütlə səhlənkarlığının uşaqların sağlamlığını təhlükəyə atdığını iddia edərək, məktəbin yolu nəqliyyata bağlayıblar.

Hindistanın Milli İnsan Hüquqları Komissiyası (NHRC) hadisə ilə bağlı Bihar polisindən və yerli hakimiyyət orqanlarından uşaqların rifahı ilə bağlı təcili hesabat tələb edib.

“Əgər bu iddialar doğrudursa, bu, şagirdlərin insan hüquqlarının ciddi şəkildə pozulması deməkdir”, – komissiyanın bəyanatında deyilir.

Hindistan dünyanın ən böyük pulsuz məktəb yemək proqramlarından birinə malikdir.

2013-cü ildə ölkədə məktəb yeməklərinə qarışdırılan kimyəvi dərmanlar səbəbindən 23 şagird dünyasını dəyişmişdi.