Merkelin təqaüdü səs-küy yaratdı
Dövlət hesabına mühafizə və imtiyazlar cəmiyyət tərəfindən müzakirə olunur
14:22 | 2 may 2025 | Cümə
Məqaləyə 199 dəfə baxılıb
Şriftin ölçüsü
Dövlət hesabına mühafizə və imtiyazlar cəmiyyət tərəfindən müzakirə olunur
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
Almaniya BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi
İtaliyada avtomobil elektron üsulla soyuldu, sığorta ödənişdən imtina etdi
Almaniyada erkən seçki çağırışları güclənir
Alman televiziya ulduzu Türkiyədə saç əkimindən sonra xəstəxanalıq oldu
KFC türk iş adamına uduzmaq üzrədir
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
Azərbaycan istiqamətinə uçuşlar istisna siyahısında
İbadət məkanları pulsuzluq səbəbindən bağlanır, Avropa kultu tənəzzüllə qarşı-qarşıya
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Almaniyada 50 milyard avroluq qənaət çağırışı
Anım mərasiminə qatılan Merz etirazla qarşılandı
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
Maddi dəyəri 10 min avro idi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
Almaniyanın daxili kəşfiyyat agentliyi ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasını demokratiyanı təhdid edən “ekstremist təşkilat” elan edib. Bu gün elan edilən qərar fevral ayında keçirilən federal seçkilərdə ikinci olan partiyaya nəzarəti artırmaq məqsədi daşıyır.
Yeni status sayəsində hakimiyyət orqanları məlumat toplamaq üçün məxfi üsullara müraciət edə və partiya daxilindən məlumat verənlərin cəlb edilməsi və ya partiyadaxili kommunikasiyaların monitorinqi kimi praktikaları daha asan həyata keçirə biləcəklər.
***
Alman kəşfiyyatı partiyanın xalqı etnik mənsubiyyətlərə bölməsini demokratik nizamla bir araya sığmadığını bildiririb.
“Bu anlayış müəyyən icmaları sosial bərabərlikdən kənarlaşdırmaq, onları konstitusiyaya zidd təcrübələrə məruz qoymaq və qanuni olaraq ikinci dərəcəli statusa endirmək məqsədi daşıyır”, – bəyanatda deyilir.
AfD-nin immiqrant mənşəli Almaniya vətəndaşlarını, xüsusən də müsəlman ölkələrindən olanları ictimaiyyətin bərabərhüquqlu üzvü kimi görmədiyi vurğulanıb.
Bildirilib ki, bu perspektiv müəyyən şəxslər və qrupların aşağılanmasına, irrasional qorxuların qızışmasına səbəb olub.
***
Qərar yeni kansler Fredrix Merzin andiçmə mərasimindən bir qədər əvvəl qəbul edilib. Seçkilərdə rekord sayda mandat qazanan AfD nəzəri cəhətdən parlamentin bir çox mühüm komitələrinin sədrliyini öz üzərinə götürmək hüququna malikdir.
Ancaq bu vəzifələr üçün sağ partiyanın digər partiyaların dəstəyini qazanması lazımdır. AfD hələ qərarla bağlı rəsmi açıqlama verməyib.
Siyasi analitiklər deyirlər ki, bu təsnifat AfD-yə dəstəyi daha da artıra bilər və partiyanın uzun müddətdir iddia etdiyi “kənarlaşdırmaq” şayiələrini gücləndirə bilər.
AfD-nin bəzi fraksiyaları, məsələn, onun gənclər qanadı artıq ekstremist kimi təsvir edilib. Partiya ümumiyyətlə 2021-ci ildən şübhəli bir qurum kimi izlənilir.