Şərif ABŞ-İran danışıqları üçün bölgəyə gedir
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
07:29 | 29 aprel 2025 | Çərşənbə axşamı
Məqaləyə 158 dəfə baxılıb
Şriftin ölçüsü
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
“Danışıqlar hərbi bazada keçirilə bilər”
“İndiyə qədər görünməmiş miqyasda cavab veriləcək”
Hörmüz boğazı – dünya iqtisadiyyatının “qida borusu”
İranın ali lideri Trampla necə razılaşdı
Dünən gecə saatlarında tarixi siyasi mesajlaşma trafiki yaşanıb
ABŞ prezidenti İrana verilən vaxtın bitməsinə 1 saat qalmış müjdəni verdi
Şahbaz Şərif Trampdan müddəti uzatmasını, İrandan isə Hörmüzü açmasını istədi
Vaşinqton vasitəçi təşəbbüsünü qulaqardına vurur
Pakistan Vaşinqton–Tehran danışıqlarında vasitəçi rolunu gücləndirdi
Ankara–İslamabad xətti...
25 milyard dollarlıq hərbi tədarük planı təsdiqləndi
Bu nəqliyyat layihəsi yenidən müzakirə predmetidir
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
Pakistan: “Şərtlərimiz qəbul edilərsə, Əfqanıstan rəhbərliyi ilə danışıqlara hazırıq”
Tramp yenə özünü qabağa verəcəkmi?
Qonşusu Hindistanla yaşanan gərginliklə dünyanın diqqətini çəkən Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif aprelin 26-da Kremlə bağlı RT telekanalına müsahibə verib.
75 yaşlı Asif Pakistanın Qərb ölkələrinin, xüsusən də ABŞ-ın siyasəti ucbatından terrorizmdən əziyyət çəkdiyini bildirib. Nazir qeyd edib ki, 1979-1989-cu illərdə Sovet-Əfqan müharibəsi zamanı Qərbin Pakistan ərazisində təlim keçdiyi yaraqlılar sonradan onlara problemlər yaradıb və bu açıqlamaları verib: “Qərb cihadı yaratdı və onu ölkəmizə gətirməklə cəmiyyətin dəyər sistemini dəyişdi. Bu, mövcud problemlərə səbəb oldu. Ölkənin bütün dəyər sistemi cihadı dəstəkləmək üçün dəyişdirildi”.
Müdafiə naziri Asif də 11 Sentyabr hadisəsindən sonra Əfqanıstanı işğal edən ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya Pakistanın dəstəyinin yanlış olduğunu iddia edərək, “Bunlar bizim müharibələrimiz deyildi”, – deyib.
Hər iki müharibədən sonra çətin vəziyyətdə olduqlarını vurğulayan Asif öz torpaqlarında sənədsiz əfqanların sayının 6 milyona yaxın olduğunu bildirdi.
Nazir vurğulayıb ki, Hindistanın idarə etdiyi Cammu və Kəşmir əyalətinin Pahalqam bölgəsində törədilən terror aktı ilə bağlı beynəlxalq təhqiqata Rusiya və Çin də qoşula bilər.
Asif bildirib ki, Hindistan gərginliyi artırmasa, silahlı qarşıdurma başlamaq niyyətində deyillər və hər hansı hücuma ekvivalent şəkildə cavab verəcəklər.
Aprelin 22-də turistlərin atəşə tutulması nəticəsində 26 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Hücumun Pakistanda qadağan olunmuş “Ləşkər-e-Tayyibə” (LET) təşkilatının uzantısı olan Müqavimət Cəbhəsi (TRF) tərəfindən həyata keçirilib.
Kəşmir Müqaviməti olaraq da bilinən radikal islamçı təşkilat verdiyi açıqlamada bölgədəki “demoqrafik dəyişikliyə” qarşı olduğunu bildirib.
Hücumun səbəbkarlarını “Pakistandan gəldi” ittiham edən Hindistan, Hind Suları Müqaviləsini dayandırdı, Yeni Dehlidə çalışan Pakistanlı müşavirlərdən bir həftə ərzində ölkəni tərk etmələrini istədi və Pakistan vətəndaşlarına viza xidmətlərinin dayandırıldığını və əvvəllər verilmiş bütün vizaların ləğv edildiyini açıqladı.
Pakistan isə ittihamları rədd edərək İslamabaddakı Hindistan diplomatik işçilərinin sayını məhdudlaşdırıb, Hind Suları Müqaviləsi xaricindəki çaylara hər hansı müdaxiləni “müharibə aktı” kimi qiymətləndirəcəyini bəyan edib, Hindistanla bütün ticarəti dayandırıb və hava məkanını bağlayıb.
1960-cı ildə imzalanmış müqavilə iki ölkə arasında Hind çayı və onun qollarında suyun istifadəsi şərtlərini müəyyən edir. Hindistan hətta birbaşa münaqişə dövrlərində belə bu müqaviləni dayandırmadı.