
600 milyon dollar zərər
Hava məkanının bağlanması aviaşirkətə ciddi maliyyə itkisinə başa gələcək
Hava məkanının bağlanması aviaşirkətə ciddi maliyyə itkisinə başa gələcək
Tramp üçüncü problemin həllinə vaxt ayırmaq istəmir
ABŞ-ın Pakistan və Hindistanla bağlı son dəqiqə bəyanatı
Hind-erməni soy, irq birliyi öz sözünü deyir
Hindistanda köhnə rəisə yeni vəzifə verildi
İki nüvə dövləti arasında başlayacaq müharibə 2025-ci ildə yeni cəbhə aça bilər
Hindistanda daha bir hoteldə baş verən yanğın faciəyə səbəb oldu
Baş nazir orduya “hazır ol” əmri verdi
Pakistan ordusu Kəşmirdə Hindistanın kəşfiyyat PUA-sını vurub
Qonşuları ilə ərazi davası aparan Hindistan özü yaratdığı düşmənlə mühasirədədir
Pakistanın müdafiə naziri Asif: “Bunlar bizim müharibələrimiz deyildi”
İslamabad Pekinə arxayındır
Pakistan Müdafiə naziri: “vəziyyətin qaçılmaz olduğuna inanırıq”
Pakistan naziri Hindistanı nüvə hücumu ilə hədələyib
Yeni Dehli Kəşmirdə turistlərə hücum edən yaraqlıları axtarır
Gözlənilən dörd savaşdan biri başlayır?
Mübahisəli Kəşmir bölgəsində hücumdan sonra müsəlmanlar radikal sağçı hinduların hədəfinə çevrilir. “The New York Times” (NYT) yazır ki, Myanmadan qaçan Banqladeşli və Rohinca müsəlmanları Hindistanın radikal sağçı Baş naziri Narendra Modinin “Bharatiya Janata” Partiyasının (BJP) nəzarətində olan əyalətlərdə hədəfə alınır.
Yerli media xəbər verir ki, Karnataka və Uttar Pradeş ştatlarında baş verən insidentlərdə iki müsəlman həlak olub. Hücumlar “nifrət cinayətləri” kimi xarakterizə edilib.
Aprelin 23-də Uttar Pradeş ştatında bir müsəlman restoran işçisinin güllələndiyi, daha bir müsəlmanın isə yaralandığı bildirilir. Hücuma görə məsuliyyəti özlərini radikal sağçı hindu qruplaşmasının üzvləri kimi təqdim edən şəxslərin öz üzərinə götürdüyü bildirilir.
Bildirilir ki, Karnatakada bir müsəlman “Pakistan tərəfdarı” şüarlar səsləndirdiyi üçün linç edilib.
Müsəlman əhalisinin sıx olduğu Kəşmirdə təhlükəsizlik qüvvələrinin 22 aprel hücumunu törədənləri axtararkən 2000-ə yaxın adamı saxladığı bildirilir. Kəşmir sakinləri radikal sağçı qrupların təqib və zorakılığına məruz qaldıqlarını deyirlər.
Bildirilir ki, Qucarat ştatında polisin keçirdiyi reydlər zamanı 6500-ə yaxın “şübhəli Banqladeş vətəndaşı” saxlanılıb, lakin onlardan yalnız 450 nəfəri qeyri-qanuni Banqladeşli mühacir olub.
Kəşmir hücumundan sonra artan təhlükəyə diqqət çəkərək, ABŞ-da yerləşən “Human Rights Watch” (HRW) təşkilatından Meenakşi Qanquli deyib: “Pahalqamdakı hücum dəhşətli idi, lakin bu, özbaşına həbslər və ya məhkəmədənkənar qətllər də daxil olmaqla, azlıqlara qarşı repressiyalar üçün bəhanə olmamalıdır. Radikal millətçi yayım şəbəkələri və sosial media istifadəçiləri nifrət alovunu alovlandırır”.
Kəşmirdə hücumu həyata keçirənlərin Pakistandan gəldiyini iddia edən Hindistan Hind Suları Müqaviləsini dayandırıb və Yeni Dehlidə xidmət edən pakistanlı müşavirlərdən bir həftə ərzində ölkəni tərk etmələrini istəyib. Bundan əlavə, Pakistan vətəndaşları üçün viza xidmətləri dayandırılıb və əvvəllər verilmiş bütün vizalar ləğv edilib.
Pakistan isə ittihamları rədd edərək İslamabaddakı Hindistan diplomatik işçilərinin sayını məhdudlaşdırıb, Hind Suları Müqaviləsi xaricindəki çaylara hər hansı müdaxiləni “müharibə aktı” kimi qiymətləndirəcəyini bəyan edib, Hindistanla bütün ticarəti dayandırıb və hava məkanını bağlayıb.
1960-cı ildə imzalanmış müqavilə iki ölkə arasında Hind çayı və onun qollarında suyun istifadəsi şərtlərini müəyyən edir. Hindistan hətta birbaşa münaqişə dövrlərində belə bu müqaviləni dayandırmadı.
Xatırladaq ki, Hindistanın idarə etdiyi Cammu və Kəşmirin Pahalqam rayonunda aprelin 22-də həyata keçirilən hücumda 26 turist həlak olub. Pakistanda qadağan olunmuş Laşkar-e-Tayyiba (LET) təşkilatının uzantısı olan Müqavimət Cəbhəsi (TRF) hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb. Kəşmir Müqaviməti olaraq da bilinən radikal islamçı təşkilat verdiyi açıqlamada bölgədəki “demoqrafik dəyişikliyə” qarşı olduğunu bildirib.