
1212 şəhid vətəninə qayıtdı
Rusiya Ukrayna əsgərlərinin cəsədlərini geri verib
Rusiya Ukrayna əsgərlərinin cəsədlərini geri verib
Odessa limanındakı doğum evi bombalanıb
Zelenski: “Ukraynaya qarşı son hücumlar qisas üçün deyil”
Ukrayna gözlənilmədən hava döyüşünü qazanır
Bütün ölkəni hədəf alan hücumdan sonra əhalini düşündürən sual: “Bu gözlənilən cavabdırmı?”
Zelenski hörümçək toru əməliyyatını təsvir edir
Kreml “Hörümçək toru”ndan çıxa bilmir, Ukrayna ruslara kabus yaşadır
Pentaqon bu texnologiyadan İran və Husi təhdidlərinə qarşı istifadə edə bilər
Nüvə müharibəsi qaçılmazdır?
Bu genişlikdəki əməliyyatda daxildən dəstəyin alınmaması inandırıcı olmaz
Ukraynalı hakerlər Rusiya məxfi müəssisəsinin sisteminə sızıb
Bu silahlar əlçatan olarsa, terrorçu qruplar üçün də perspektivlər açılır
Ukrayna kəşfiyyatı hücum əməliyyatını su altından həyata keçirib
PUA hücumunun zərər rekordu, Rusiya mətbuatı ağzına su alıb durub
150 dollarlıq dronların vurduğu ən ucuz təyyarənin qiyməti 330 milyondur
Rusiya cəmiyyəti də dördüncü ilinə keçən müharibədən yorulub
Ukraynaya qarşı Rusiya tərəfində döyüşən Çin vətəndaşları ilə bağlı müzakirələr davam edir. CNN-in reportajında adı Maykl olaraq dəyişdirilən Çin əsgərinin cəbhə xəttindəki çətin təcrübələrindən bəhs edilir.
29 yaşlı döyüşçü Ukraynanın işğalına xarici ölkədə hərbi həyatın dadını almaq üçün qatıldığını, lakin bir il cəbhədə qaldıqdan sonra səhv etdiyini anladığını deyib.
Maykl iddia edir ki, o, Rusiya ordusunun komandiri ilə əsas hərbi texnikaya görə mübahisə etdikdən sonra polad çuxura bağlanaraq cəzalandırılıb. Əsgər iddia edir ki, komandiri onu 21 gün burada saxlayıb.
Cəbhə xəttində aldığı xəsarətlərlə xəstəxanada müalicə alan Çin əsgəri müharibəyə qatılmaq istəyənləri xəbərdar etmək istədiyini deyir: “Mən bəzi faktlar deməliyəm və məntiqsiz davranan çinlilərə xəbərdarlıq etməliyəm. Bura gəlməyin. Dünyanın ikinci ən güclü ordusu söhbəti yalandır”.
Maykl pis rəftardan əlavə, Rusiya ordusunun az təchiz olunduğunu və maddi-texniki təminatın zəif olduğunu iddia edir.
Çin əsgəri ölkəsində TikTok-un ekvivalenti kimi istifadə edilən “Douyin”də döyüşçü toplama videolarından təsirlənərək Ukrayna cəbhəsinə qoşulmaq qərarına gəldiyini bildirib.
O, əvvəllər ölkəsində peşəkar hərbçi olduğunu və rus ordusunun təbliğat videolarını görəndə həyəcanlandığını və hərəkətə keçdiyini deyir. O, rus işğalına qoşulmaq qərarının siyasi olmadığını iddia edərək, “Mən başdan-ayağa əsgərəm, sadəcə döyüşmək istəyirdim”, – deyib.
Əsgər deyir ki, o, Ukrayna üçün döyüşməyi də seçə bilərdi, lakin Rusiyaya daxil olmaq üçün viza almaq daha asandır.
Maykl izah edir ki, Donbasdakı münaqişədə ilk dəfə muzdlu “Vaqner” qrupunun tərkibində iştirak edib və ötən ilin mayında Rusiya Müdafiə Nazirliyi ilə bir illik müqavilə imzalayıb və Bahmut cəbhəsinə gedib. Müqaviləyə görə aylıq 200 min rubl (təxminən 4150 manat) ödəniş aldığını bildirən əsgər çinlilərin Ukrayna müharibəsinə pul üçün qatıldığını iddia edib.
Adının açıqlanmasını istəməyən CNN-ə danışan başqa bir Çin əsgəri Rusiya tərəfində döyüşərək evdə qazandığından üç dəfə çox qazandığını bildirib. 37 yaşlı əsgər hələ də deyir ki, müharibəyə qatılmasının səbəbi pul deyil: “Bəlkə də həyatda özümü itirdiyim üçün ayrıldım. Nəsə axtarırdım. Kişi kimi uşaqlıqdan bir növ qəhrəman kompleksim olub”.
Ukrayna prezidenti Vladimir Zelenski aprelin 8-də iki çinli döyüşçünün əsir götürüldüyünü açıqlayıb və Pekin administrasiyasının bundan xəbərdar olduğunu iddia edib. Buna baxmayaraq, Ukrayna lideri Pekinin hər hansı əmr verdiyini düşünmədiyini əlavə edib. Kiyev administrasiyası iddia edib ki, Rusiya tərəfində azı 155 çinli döyüşür.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian iddiaları rədd edərək, Ukrayna müharibəsinin sülh yolu ilə həllini müdafiə etdiklərini vurğulayıb.