vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 19 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
DİGƏR NÖVLƏR  
Əsl Maksın istədiyi həftəsonu 18:21 | 18 may 2025 | Bazar Məqaləyə 28 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əsl Maksın istədiyi həftəsonu

bizi çılğın Avropa mövsümü gözləyəcək

Rauf HACIYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Franz Hermann “Formula 1” tarixində debüt yarışında qazanan ilk pilot kimi tarixə düşdü. Yarışın startında Piastriyə etdiyi hücum isə nəyə desən dəyərdi. Zarafat bir qırağa o hücumu ancaq Hermann edə bilərdi. Əsl Maksın istədiyi həftəsonu oldu. Piastriyə 10, Norrisə isə 7 xal yaxınlaşdı. Barselonada elastik qanadların yasaqlanacağını düşünsək, bu, vacib idi. Üstəlik növbədə Monako var. Orada da poul qazansa və yarışı udsa, bizi çılğın Avropa mövsümü gözləyəcək.

Dünən Oskar Piastri üçün yazdığım pis ehtimalların hamısı onun başına gəldi. Startı itirdi və səhv strategiyaya qurban getdi. Ümumilikdə bu trasda iki pit-stoplu strategiya yaxşı fikir deyildi, çünki bura ən uzun pit yollarından biridir. Üstəlik geriyə düşsən və trafikdə qalsan, mübarizən məhv olur.

Lando Norris isə fövqəl bir şey etmədən ikinci oldu. Lyuis Hamiltona gəldikdə bu gün möhtəşəm idi. Kaş startda Antonellinin arxasına düşməzdi. Bəlkə də indi podiumda idi. Ümumilikdə isə “Ferrari” yarış tempində yaxşı idi. Lekler də yaxşı performans göstərdi. Bir az önlərdən başlasa, podium şansı ola bilərdi. Oskarın arxasınca gedəndə daha sürətli idi. Bir dövrə ilə 3 yer qazandı. “Ferrari” bir az tiffoziləri ümidləndirdi.

“Williams” isə bu mövsüm möhtəşəmdir. Bura yenilik gətirmədilər, amma yenə sürətli idilər. Leklerin Albona qarşı hərəkəti olmasa, yəqin podiumda idilər. Albon isə nə vaxt podiuma gedir ya Hamilton ya da Leklerdən zərbə alır. Sainz da isə komanda yenə səhv etdi.

“Aston Martin” də iki pit-stop strategiyası şəhidlərindən oldu. Belə templəri pis deyildi. “Mercedes”ə gəldikdə, necə başladılar, elə də bitirdilər. Yeniliklər onları elə bil daha da geriyə aparıb.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)