vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 19 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AMERİKA  
Baydenə xərçəng diaqnozu 09:49 | 19 may 2025 | Bazar ertəsi Məqaləyə 67 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Baydenə xərçəng diaqnozu

ABŞ-ın keçmiş prezidentində xəstəliyin ən aqressiv forması tapılıb

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Co Baydenin ofisi keçmiş prezidentə prostat xərçəngi diaqnozu qoyulduğunu açıqlayıb. Diaqnozun sümüklərə metastaz vermiş (yayılmış) “aqressiv prostat xərçəngi” olduğu deyilir.

Açıqlamada deyilir ki, 82 yaşlı Bayden cümə günü sidik ifrazı simptomları hiss etdikdən sonra prostat xərçəngi diaqnozu qoyulub. Bayden və ailəsinin həkimlərlə müalicə variantlarını nəzərdən keçirdiyi də bildirilib.

“Bu, xəstəliyin daha aqressiv formasını təmsil etsə də, xərçəng hormonlara həssas görünür. Bu, effektiv müalicəni mümkün edir”, – bəyanatda deyilir.

***

Co Bayden 2021-2025-ci illər arasında ABŞ prezidenti vəzifəsində çalışıb və səlahiyyət müddəti ərzində onun sağlamlıq vəziyyəti zaman-zaman ictimaiyyətin gündəmində olub.

Digər tərəfdən, Bayden 2020-ci il seçkilərində seçilərkən prezidentliyi qazanan ən yaşlı şəxs kimi tarixə düşdü.

Lakin son seçkidə 78 yaşlı Donald Tramp Kamala Harrisi keçməklə bu rekordu yenilədi.