Hava yolları yumurtadan yun qırxır
“Yaxında təyyarədə nəfəs almaq da əlavə ödənişli olacaq”
12:17 | 18 may 2025 | Bazar
Məqaləyə 200 dəfə baxılıb
Şriftin ölçüsü
“Yaxında təyyarədə nəfəs almaq da əlavə ödənişli olacaq”
Geniş kreslo tələb edən sərnişin təyyarədən endirildi
Qan dövranında problemlər yarana bilər
Uçuş dayanmayanda ayağa qalxan sərnişinlərə cəza
II Dünya müharibəsinin ən bahalı silahı
Bəxşişlər artır, cəzalar sərtləşir
Avropada qatar biletləri təyyarədən 26 dəfə bahadır
Yerli ziyarətçi sayı artıb, əcnəbilərdə isə azalma var
Uçuş zamanı uzanan təyyarə istismardan niyə çıxarıldı
Təyyarənin endirə bilən təcrübəli pilot faciənin qarşısını aldı
... Sosial şəbəkədə etirazlar yağdı
Sərxoş sərnişin qandaldan xilas oldu, təyyarə təcili eniş etdi
“EasyJet” pilotunu tanıyan sərnişinlər hava yollarına şikayət etdi
Hava limanlarında tətillər, sığorta problemləri, kadr böhranı və gecikmələr sistemi iflic edir
Uçuş gecikmələri və ləğvlər nəyi göstərir?
“F-2A”nın pilotu xilas edildi
Ötən ilin fevralında Frankfurtdan Sevilyaya qalxan “Airbus A321” “Lufthansa” təyyarəsində iki pilot – bir kapitan və bir köməkçi pilot olub.
Lakin uçuşun bitməsinə təxminən yarım saat qalmış təyyarə təxminən 10 dəqiqə nəzarətsiz qalıb. Kapitan tualetdə olarkən ikinci pilot kabinədə huşunu itirib. Nəticədə 200 sərnişinin həyatını təhlükəyə düşüb.
Dəhşətli hadisənin təfərrüatları İspaniyanın aviasiya orqanlarının dərc etdiyi hesabatda açıqlanıb.
Təyyarədə 199 sərnişin və 6 ekipaj üzvü olub. Uçuş boyu hər şey yaxşı olarkən kapitan pilot kabinini tərk edərək tualetə gedib getdi.
Bu arada pilot kabinəsində tək qalan ikinci pilot qəfil huşunu itirib.
***
“Business Insider”ə görə, kapitan geri qayıdanda kabinənin qapısının kilidli olduğunu görüb və ikinci pilota keçmək üçün kodu beş dəfə sınadı. Ekipaj üzvləri daha sonra interkom vasitəsilə əlaqə saxlamağa çalışsa da, heç bir cavab almayıb.
Vəziyyətin ciddiliyini dərk edən kapitan təcili giriş protokolunu işə salıb. Taymeri bitməmiş ikinci pilot qısa müddət ərzində özünə gəlib və qapını aça bilib. Amma 38 yaşlı pilotun rəngi solğun, tərli və huşsuzca hərəkət edirmiş.
***
Vəziyyəti anlayan kapitan dərhal kömək çağırıb. Ekipaj və həkim olan sərnişin ikinci pilota ilkin tibbi yardım göstərib. Təyyarə öz marşrutundan ən yaxın Madrid hava limanına yönləndirilib və təhlükəsiz yerə enib. İkinci pilot xəstəxanaya aparılıb.
İlkin müayinələr zamanı məlum olub ki, pilotun huşunu qəfil itirməsinə səbəb nevroloji xəstəlik nəticəsində qıcolması olub. Bildirilib ki, ikinci pilotun səhhəti nəzarətə götürülüb və hazırda vəziyyəti yaxşıdır.
İstintaq hesabatında pilotun uçuş zamanı kokpitdə tək qalması nəticəsində yarana biləcək risklər vurğulanıb. Mütəxəssislər bu hadisənin bütün aviaşirkətlər üçün nümunə olması lazım olduğunu vurğulasalar da, hələlik “Lufthansa”dan rəsmi açıqlama verilməyib.