vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 19 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
ELM-TEXNİKA  
Oyun şirkəti “Apple”ı məhkəməyə verir 08:20 | 19 may 2025 | Bazar ertəsi Məqaləyə 14 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Oyun şirkəti “Apple”ı məhkəməyə verir

“Həm Avropada, həm də ABŞ-da yeniləməmizi buraxmağımıza mane olur”

ELŞAD

MÖVZU İLƏ ƏLAQƏLİ

“Epic Games” şirkəti “Apple” ilə uzun müddətdir davam edən mübahisəsində yeni bir addım atdı. Şirkət ABŞ-ın Dairə Hakimi İvonn Qonzalez Rocers qarşısında vəsatət qaldıraraq “Apple”dan qanuni olaraq “Fortnite”ı ABŞ Tətbiq Mağazasına qaytarmağı tələb etdi.

“Epic Games” ilə “Apple” arasında illərdir davam edən hüquqi mübarizə “App Store”da tətbiqdaxili satışlardan alınan komissiya dərəcələrinə və “Apple”ın ödəniş siyasətlərinə əsaslanır.

Keçən ay əlamətdar bir qərar oyun şirkətinin xeyrinə oldu. Hakim Rocers “Apple”ı əvvəlki əmri “qəsdən pozmaqda” günahlandırdı. Bu qərar “Fortnite”in geri qayıtmasına və tərtibatçıların öz ödəniş sistemlərindən istifadə etmələrinə yol açdı.

Lakin “Apple” dərhal bu qərardan şikayət edəcəyini açıqladı. “Epic Games”, yeni ərizəsində “Apple”ın ABŞ-da “Fortnite”ı blokladığını və həmçinin “Epic Games Store” vasitəsilə Avropada yenidən işə salınmasını dayandırdığını söylədi. “Təəssüf ki, “Apple” qadağanı aradan qaldırana qədər “Fortnite” bütün dünyada iOS-da oynanılmayacaq”, – şirkət “X” (keçmiş Twitter) platformasında verdiyi açıqlamada bildirib.

“Apple” bu iddianı rədd etdi. Şirkət yalnız “Epic Swe”dən yeniləməni ABŞ “App Store” məzmunu olmadan yenidən təqdim etməyi tələb etdiyini söylədi. “Apple” bildirdi ki, onların bu şəkildə məqsədi “Fortnite”ın digər bölgələrdə yayımlanmasına mane olmayacaq.

“Epic Games” isə bu vəziyyətə etiraz edir. O, “Apple”ın təklif etdiyi kimi “Fortnite”ın iki fərqli versiyasının təklif edilməsinin şirkətin öz qaydalarına zidd olduğunu iddia etdi. ““Apple” bu standartı digər tərtibatçılara tətbiq etmir və bu davranış bizə həm Avropada, həm də ABŞ-da yeniləməmizi buraxmağımıza mane olur”, – deyib.

“Epic” həmçinin sübut kimi “Apple” vəkili Mark A. Perri tərəfindən yazılmış məktubu təqdim edib. Məktubda deyilir ki, ““Apple” “Doqquzuncu Dairə Apellyasiya Məhkəməsi yeni əmrin icrasının qismən dayandırılması barədə qərar çıxarana qədər “Fortnite” yeniləməsi ilə bağlı tədbir görməyəcək”.