

Tapıntılara görə, tarixdən əvvəlki insanların cəsur qrupları Şimali Asiyadan Şimali Amerikaya və Cənubi Amerikanın ən cənub ucuna qədər 20 min kilometrdən çox məsafə qət ediblər.
“Science” elmi jurnalında dərc olunan tədqiqatın arxasında duran elm adamları 139 müxtəlif etnik qrupa mənsub 1537 nəfərin DNT ardıcıllığı məlumatlarını araşdırıblar. Yeni elmi araşdırma bəşər tarixində ən uzun miqrasiyanı ortaya çıxarıb.
Nəticələr göstərdi ki, uzun məsafəli miqrasiyanı tamamlayan bu erkən insan qrupları mahiyyətcə genetik olaraq Asiyalı idilər.
Bu qruplar ilk olaraq Amerikaya təxminən 11 min il əvvəl sona çatan son Buz Dövründə Asiya və Şimali Amerikanı birləşdirdiyi güman edilən quru əlaqəsi olan Berinq Torpaq Körpüsü vasitəsilə çatdılar.
Min illər ərzində bu insanlar Amazonun sıx yağış meşələrindən Çakonun quraq səhralarına, And dağlarının yüksək zirvələrindən Pataqoniyanın buzlu düzənliklərinə qədər müxtəlif mühitlərə uyğunlaşaraq “yeni dünyaya” köçdükləri zaman bir çox qruplara bölündülər.
Sinqapurdakı Nanyang Texnologiya Universitetinin dosenti və tədqiqatın həmmüəllifi Kim Hi Lim, “Bu qruplar öz coğrafi ərazilərində təcrid olunub və zamanla unikal genetik xüsusiyyətlər inkişaf etdiriblər", – deyib.
Genetik məlumatları tədqiq edən komanda, ilk miqrantların ən azı 14 min il əvvəl müasir Panama ilə Kolumbiya ilə qovuşan Cənubi Amerikanın şimal-qərb ucuna çatdığını müəyyən edib.
Tədqiqat insanların Amerika qitəsinə ilk dəfə nə vaxt gəldiyini dəqiqləşdirməsə də, bu dövr insanların 26-19 min il əvvəl Son Buz Dövrünün yüksəkliyində Amerika qitəsində olması ilə bağlı geniş yayılmış fikirlə üst-üstə düşür.