İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
21:11 | 30 yanvar 2016 | Şənbə
Məqaləyə 2276 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
«Human Rights Watch» beynəlxalq təşkilatı yanvarın 29-da İran hökumətinin ölkədəki əfqanlı mühacir və qaçqınların acınacaqlı durumundan su-istifadə edərək onları zorla Suriya müharibəsinə göndərməsi barədə bəyanat yayıb.
«Human Rights Watch» təşkilatının fövqəladə işlər üzrə rəhbəri Piter Bukaert jurnalistlərə açıqlamasında deyib ki, İran İslam Respublikası Bəşər Əsəd rejimini qorumaq məqsədilə minlərlə əfqanlı mühacir və qaçqını müxtəlif vədlərlə məcburi şəkildə Suriyaya göndərir: «Suriyaya göndərilmiş həmin əfqanlıların çoxu bildirib ki, İran hökuməti onları təhdid edərək deyib ki, Suriyaya getməkdən boyun qaçırsalar onları ölkədən qovacaq.
İran hökumətinin isə məhz həmin təhdidləri nəticəsində, bu ölkədə qaçqın kimi yaşayan minlərlə Əfqanıstan vətəndaşı məcburi şəkildə Suriyaya göndərilmək qorxusundan müxtəlif yollarla İranı tərk edərək Avropaya qaçıblar və bu vəziyyət hələ də davam edir».
Qeyd edək ki, Bəşər Əsəd rejiminə dəstək verən və ona maddi və hərbi yardım göstərən İran hökuməti, ölkəsindəki əfqanlı qaçqınları «Fatimiyyun», pakistanlı muzdurları isə «Zeynəbiyyun» briqadası çərçivəsində birləşdirərək «Sepah» qüvvələrinin tərkibində Suriya savaşına göndərir.
Son aylarda isə Suriyada ölən «Sepah»çıların sayı yüzlərlədir. Ölənlər arasında Əfqanıstan və Pakistan vətəndaşlarının sayı çoxluq təşkil edir.