... Aİ, yoxsa Aİİ?
Ermənistanda qutudan kim çıxacaq ...
12:51 | 2 dekabr 2016 | Cümə
Məqaləyə 975 dəfə baxılıb
Şriftin ölçüsü
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Kreml milyarderinin Fransadakı villasının arxasından Rusiya nəhəngi çıxdı
Ermənistan məhsulları mərhələli şəkildə Rusiya bazarından sıxışdırılır
Rusiya Ermənistanın daha bir brend məhsuluna qadağa tətbiq etdi
Moskva-İrəvan gərginliyi və Cənubi Qafqazın yeni sınağı
Ermənistanın strateji müəssisələrindən sayılan «Nairit» zavodunun müflisləşdiyi elan olunub. Ermənistan KİV xəbər verir ki, İrəvanın Şenqavit Rayon Məhkəməsi «Ermənistan Elektrik Şəbəkəsi»nin zavodla bağlı müraciəti əsasında bu qərarı qəbul edib.
Məlumata görə, 2009-cu ilin mayında zavodun elektrik enerjisi ilə təchiz edilməsi haqda müəssisə ilə şəbəkə arasında müqavilə imzalanıb. Həmin tarixdən indiyədək zavodun şəbəkəyə 2,5 milyon dollara yaxın borcu var. Zavod ötən müddət ərzində bu borcu ödəyə bilməyib.
Qeyd edək ki, «Nairit» kimya zavodu öz işçilərinin də əmək haqlarını ödəyə bilmir. Zavodun binası qarşısında ödənilməyən maaşların verilməsi haqda fəhlələr dəfələrlə etiraz aksiyası keçiriblər. Zavodun işçilərə borcu 15 milyon dollardır.
Xatırladaq ki, bu zavod Ermənistanın strateji müəssisələrindən sayılır. Zavodun sahibi «Rhiniville Property Limited» şirkətidir. «Nairit» xloropren kauçuk istehsal edir. 2014-cü ilin əvvəlində Ermənistan hökuməti zavodu qoruyub saxlamaq üçün Rusiyanın «Rosneft» şirkəti ilə danışıqlar aparıldığını bəyan etmişdi. Ancaq 2014-cü ilin sentyabrında Ermənistanın energetika naziri «Rosneft»in zavoda sərmayə qoymaq planlarından xəbərsiz olduğunu deyib.
«Rhiniville Property Limited» şirkətinə məxsus olan zavodun istehsal etdiyi məhsula tələbat azaldığından 2008-ci ildən istehsalatı dayandırıb. («Report»)