Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
22:03 | 28 aprel 2017 | Cümə
Məqaləyə 1499 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Avropada yeni enerji qərarı qüvvəyə minir
Brüssel Moskvaya qarşı növbəti sanksiyalar paketini hazırlayır
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Putinlə danışıqlar üçün bir neçə namizəd var
Rusiya sanksiyaları ilə bağlı London Brüssel “Brexit”dən sonra ən böyük fikir ayrılığı yaşayır
Avropada satılan ərzaq məhsullarında qadağan olunmuş pestisidlər aşkarlanıb
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Starmerdən sonra kim gələ bilər?
Seçkilərdə Leyboristlərin verdiyi ağır itkiləri “Reform”çular ələ keçirdi
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
“Gömrük tarifləri dərhal çox daha yüksək səviyyəyə qaldırılacaq”
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Daha bir Avropa ölkəsində 72 saatlıq böhran ehtiyatı xəbərdarlığı
«The Guardian» yazır ki, Almaniya kansleri Angela Merkel bütün Avropa İttifaqını Britaniyanın baş naziri Tereza Meylə (Theresa May) üz-üzə qoyan çıxış edib.
Xanım Merkel deyib ki, Birləşmiş Krallığın Avropa İttifaqı qarşısında «maliyyə öhdəlikləri» məsələsi müzakirə olunmadan, Londonla Brüssel arasında gələcəkdə qurulacaq münasibətləri müzakirə etməyin mənası yoxdur.
Xanım Mey ölkəsinin Aİ-dən çıxmasına start verən 50-ci maddəni işə salandan bəri ilk dəfə olaraq Almaniya parlamenti qarşısında çıxış edən Merkel deyib ki, Britaniya siyasətçiləri hələ də «xam xəyallarla» yaşayırlar, bir çox imtiyaz və hüquqlarını ittifaqdan çıxandan sonra da saxlayacaqlarına ümid edirlər.
«Üçüncü ölkələr, - Böyük Britaniya da belə bir ölkə olacaq, - Avropa İttifaqı üzvləri ilə eyni və hətta onlardan daha böyük hüquqlara malik ola bilməzlər və olmayacaqlar», - deyib xanım Merkel.
Avropa liderlərinin belə sərt mövqeyi Britaniyada bir çoxlarını narahat edir. Bu narahatlıq ondan qaynaqlanır ki, acığa düşən mühafizəkar rəsmilər Aİ-dən heç bir saziş bağlamadan çıxmaq istəyə bilərlər.
Belə olduqda Britaniyada fəaliyyət göstərən bir sıra xarici şirkətlər qibtəolunmaz vəziyyətdə qalacaq.
Məqalədə deyilir ki, insafən Berlin rəsmiləri Londonun «boşanma haqqı» kimi 60 milyard avronun dərhal ödənilməsi tələbindən azad edilməsi yollarını axtarırlar.
Almaniya hökumət mənbələri bildirirlər ki, Britaniya Aİ-dən çıxmaq barədə danışıqların başlanması üçün pensiyalar, büdcə, inkişaf fondları kimi sahələrdə öz payına düşən vəsaiti ödəməlidir.
Belə yanaşma London rəsmilərini narahat edir. Onlar Aİ-dən çıxmaqla, Aİ ilə gələcək münasibətlər məsələsinin eyni vaxtda müzakirə olunmasını istərdilər.
«The Guardian» yazır ki, bəzi təhlilçilərin fikrincə, xanım Merkelin sərt danışığına qarşıdan gələn Almaniya seçkisi də səbəb ola bilərdi.