vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
DƏB  
12:34 | 15 dekabr 2017 | Cümə Məqaləyə 3723 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ofisiantları aşpazlardan hörmətli edən adət…

Bəxşiş vermək adəti haradan yaranıb və biz bunu niyə veririk?

MÖVZU İLƏ ƏLAQƏLİ

Bəxşiş vermək ənənəsi Britaniyada yaranıb və sonradan bütün dünyada yayılıb. Niyə bəzi insanlar bəxşişi səxavətlə verirlər, bəziləri isə xəsislik edirlər. Bəs niyə bəzi ölkələrdə xidmət sahəsi işçilərinə verilən əlavə mükafat yaxşı qarşılanmır?

«Bəxşiş» anlayışı XVI əsrdə Britaniyada yaranıb. Məhz o zaman ingilislərdə çay ənənəsi yaranıb və əgər qonaqlar gecəni sahibin evində qalırdılarsa, o zaman onun qulluqlçularına pul verirdilər.

Bəxşiş fenomeni çoxdandır ki, iqtisadçıların həqiqi marağına səbəb olub: əlavə ödəniş, xüsusən bunu qanunla etməyə məcbur deyiliksə, bizim şəxsi maraqlarımıza zidd deyilmi?

Əgər siz çoxlu səyahət edirsinizsə, o zaman hər ölkənin bununla bağlı öz qaydaları olduğunu yəqin ki, bilirsiniz.

ABŞ-da ofisianta hesabın 15-25, Braziliyada 10, İsveçdə isə 5-10 faizini vermək adəti var. Şərqdə bəxşiş vermək mədəniyyəti Qərbdəki adətlərdən hiss ediləcək dərəcədə fərqlənir. Xüsusilə, Yaponiyada bəxşişlə bağlı vəziyyət aydın deyil.

Ümumilikdə fikir belədir: bu ölkədə bəxşiş verilmir. Əgər siz restorandan çıxarkən masada pul qoysanız, böyük ehtimalla ofisiant sizin arxanızca qaçaraq «unutduğunuzu» sizə vermək istəyəcək.

«Tədqiqatlar göstərir ki, ekstraversiya (əsas şəxsiyyət göstəricisi) şkalası üzrə yüksək qiymət alan millətlər daha səxavətli bəxşiş verirlər», - deyə Kornell Universitetinin ictimai iaşə idarəçiliyinin professoru Michael Linn qeyd edir. Bəxşiş vermək təcrübəsi bu alimin tədqiqat sahəsinə daxildir.

Lakin milli xarakterin xüsusiyyətləri bəzi ölkələrdə maddi cəhətdən əməyə qiymət verilməsinin yeganə səbəbi deyil, professor belə düşünür.

Burada sosial normalar, məvacibdə fərqlər, həmçinin xidmətə görə əlavə pul vermək ənənəsi böyük rol oynayır.

Bundan başqa bəxşiş sisteminin necə işləməsi həmçinin digər mədəniyyət təcrübəsinə də təsir edə bilər. Belə ki, 2016-cı ilin tədqiqatı göstərdi ki, səfərdən ABŞ-a geri qayıdanlar öz vərdişlərini dəyişərək bəxşiş üçün daha böyük məbləğ verməyə başlayıblar.

«Əlavə pul mükafatı vermək təcrübəsi şübhəsiz ki, iqtisadiyyatla bağlıdır. Onun əsasını isə sosial normalar təşkil edir»,- Pensilvaniya universitetinin beynəlxalq münasibətlər üzrə professoru və yuxarıda adı çəkilən tədqiqatın müəllifi Edvard Mansfild qeyd edir.

Professor Linnin fikrincə, bizi bəxşiş verməyə sövq edən tamamilə müəyyən səbəblər var. Bu, xidmət heyətini sizə gələn dəfə daha yaxşı qulluq etmək üçün həvəsləndirmək, yaxşı işə görə «təşəkkür etmək» , ya da ətrafdakılar tərəfindən təsdiq olunmaq cəhdi də ola bilər. Lakin Linnin apardığı tədqiqat göstərir ki, əsas amil müəyyən edilmiş qaydalara riayət etmək və mühakimədən yayınmaq arzusudur. Bizi bəxşiş verməyə təşviq edən səbəblər nə vaxt və hansı xidmətə görə bəxşiş verməyə hazır olduğumuzu müəyyən edir. Məsələn, bəxşişi şəxsi sosial statusunun təsdiqi kimi qəbul edənlər onu daha tez-tez xidmətə görə verirlər, hansı ki, bu işə görə bəxşiş vermək çox da qəbul olunmayıb. Bunların arasında veterinar və avtomexanik işi də var. Xidmət göstərənlərə «təşəkkür etmək» arzusunu başlıca səbəb kimi görənlər bütün peşə nümayəndələrinə, xüsusilə tez-tez bəxşiş almayanlara bəxşiş verirlər.

Amma bəxşişi «vəzifə borcuna» görə verənlər adətən bunu, ancaq ümumi qəbul edilmiş və çoxdan tənzimlənən vəziyyətlərdə, məsələn, avtomobil dayanacağı üçün verirlər. Bəzən restoranlar tövsiyə olunan bəxşiş miqdarını hesabda göstərirlər və bu rəqəm də 20 faiz təşkil edə bilər. Cəmiyyətdə qəbul edilmiş normalardan yüksək bəxşiş vermək təklifi müştəriləri uzaqlaşdırır və belə hallarda əksər müştəri heç bəxşiş belə vermir. Lakin bəxşiş verənlər, adətən hesabda tövsiyə ediləndən daha çox məbləğ verir və nəticədə ofisiantlar yaxşı mükafat alırlar. Camaşırxanada müştərilərin qoyduğu bəxşişin məbləğini mobil tətbiqin köməyilə izləyən professor Linn belə izah edir. Lakin bu təcrübəni düzgün, məqsədəuyğun və ümumiyyətlə, doğru hesab etmək olarmı? Linn izah edir ki, hər şey buna hansı tərəfdən baxmaqdan asılıdır. Bəxşişin qadağan edilməsindən şübhəsiz ki, hökumət qazanır. Çünki bu, dövlətin nəzarət edə və vergi tətbiq edə bilmədiyi nağd dövriyyədir. Lakin xidmət sahəsi işçiləri bəxşiş vermək ənənəsi olan cəmiyyətdə daha yaxşı yaşayırlar.

«Məsələn, Nyu-Yorkdakı restoranlardakı ofisiantlar bir saat ərzində təqribən 30 dollar qazanırlar. Amma belə olan halda aşpazlar (müştərilərlə birbaşa işləməyənlər) həmin müəssisədə iki dəfə az maaş alırlar», - Linn deyir.

«Belə qərara gəlmək olar ki, bəxşişlər ofisiantların məvacibini əsassız şəkildə yüksəldir», - o izah edir. Lakin bəxşiş restoran sahiblərinə xidmət heyətinə daha az maaş vermək və menyuda daha aşağı qiymətlər təklif etmək imkanı yaradır. Digər tərəfdən restoran sahiblərinin bəxşiş sisteminə girişləri yoxdur və onlar onu digər əməkdaşlar arasında bölə bilməzlər.

Bəxşişə qarşı siyasət həmçinin müştərilərə qarşı münasibətə də təsir göstərir.

Belə ki, bir tədqiqat göstərib ki, hesab qəbzinə bəxşiş miqdarı yazılan restoranlar onlayn reytinq cədvəlində aşağı qiymət alıblar.

«Bəxşiş təklif edən müştərilər yüksək keyfiyyətli xidmət göstərilməsinə ümid edirlər. Bundan başqa bəxşişsiz xidmətə görə qulluq ya hesaba daxil edilir ki, bu da müştərilərin çox vaxt xoşuna gəlmir, ya da menyu qiymətlərinə daxil edilir. Bu isə restoranı dərhal bahalı edir», - deyə Linn izah edir.

Tədqiqatçı əlavə edir ki, bu qaydalar premium sinfinə aid olan restoranlara tətbiq edilmir. Xidmət haqqını hesaba daxil edən elit restoranlar müştəri axınından ziyan görmədilər.

«Məsələ ondadır ki, bahalı restoranlarda, hətta bəxşiş nəzərdə tutulmayan restoranlarda müəyyən edilmiş qaydalar üzrə xidmət yüksək səviyyədə olmalıdır. Bundan başqa, elit restoranlar adətən böyük olmurlar , burada bir ofisiant daha az müştəriyə xidmət göstərir. Buna görə də rəhbərliyin ofisiantların öz işlərini daha vicdanla yerinə yetirməsinə nəzarət etməsi daha asan olur», - Linn deyir.

Bundan başqa bu cür restoranların zəngin müştərilərini bir qayda olaraq yüksək qiymətlər narahat etmir. Bununla yanaşı onlar tez-tez digər ölkələrdə olurlar və onları hesabın tam olduğu kimi ödənilməsi heç də təəccübləndirmir. Bütün bu çətinliklərə baxmayaraq, bəzi iaşələr bəxşişdən imtina etməyə cəhd edirlər. Nyu-Yorkdakı «Union Square Hospitality Group» restoranlar şəbəkəsi də belə edib. Bunda məqsəd isə birbaşa müştəri xidməti ilə çalışmayan heyətin məvacibini artırmaq və daha aydın karyera inkişafı sistemi yaratmaq idi. Yeni strategiyanı həyata keçirmək ehtimal ediləndən daha çətin oldu. Lakin tədricən «Union Square Hospitality Group» restoranları şəbəkəsinin müştəriləri bu dəyişiklikləri qəbul etdilər, amma kadr sayı aşağı düşdü. Restoran rəhbərliyi hesab edir ki, bəxşişdən imtina gələcəkdə mütləq xeyir gətirəcək.