vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
REGİON  
21:42 | 7 sentyabr 2018 | Cümə Məqaləyə 1675 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tehran-2018 fiaskosu

Rusiya və İran Türkiyənin İdlib narahatlığını nəzərə almadı

Şahin CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Əvvəlcə bu sualı aydınlaşdıraq ki, Tehranda keçirilən zirvə görüşündən Ankara nə gözləyirdi?

Türkiyə istəyirdi ki, ölkəyə yeni qaçqın axınına səbəb olacaq İdlib əməliyyatı təxirə salınsın və Astana formatı üzrə tərəfdaşlar oradakı terrorçu qrupların, ümumən vilayətin taleyini masada həll etsinlər. Lakin hələ görüşdən əvvəl Rusiya aviasiyasının İdlib çevrəsində bombardmana başlaması göstərdi ki, Moskva, Tehran və Şam terrorçuların son bastionunu hərbi əməliyyat vasitəsilə təmizləməkdə qərarlıdır və bu məsələdə Türkiyənin etirazlarına çox da önəm verməyəcəklər. Son həftələr Ankara və Moskva arasındakı intensiv diplomatiyanın, Türkiyənin xarici işlər, müdafiə nazirlərinin və kəşfiyyat rəhbərinin Rusiyaya səfərlərinin arzuolunan nəticəni vermədiyi ortada idi.

Sual doğuran (mənim üçün) məqam budur ki, prezident Ərdoğan tərəfdaşlarının mövqeyini çox yaxşı bildiyi halda, bugünkü toplantıda niyə bir neçə dəfə söz alıb, İdlibdə atəşkəs elan olunması təklifini səsləndirdi? Bu cür prinsipial məsələlər adətən görüş öncəsi qapalı təmaslarda razılaşdırılır. Əgər Rusiya və İran buna razılıq verməmişdilərsə, bilavasitə görüş zamanı “hə” deyə biləcəkləri gözləntisi haradan qaynaqlanırdı?

Putinin təklifə reaksiyasına fikir verin: “Burda silahlı müxaliflər və İŞİD, “Ən Nüsra” terrorçuları yoxdur, biz onların adından qərar verə bilmərik”.

Rusiya dövlət başçısının “mülki əhalini qorumaq bəhanəsi ilə terrorçuları qorumaq və Suriya hökumətinə zərər vermək qəbuledilməzdir” sözləri isə Qərbə ünvanlansa da, “İdlib öz xalqına qarşı qətliamları yaddaşımızda olan Əsədin insafına buraxıla bilməz”, deyən Ərdoğana da bu mesajdan pay düşür.

Ərdoğanın PKK-nın Suriya qolu YPG problemini Putin və Ruhaninin xoşuna gələcək şəkildə (ABŞ-ın bu terror təşkilatına dəstəyi kontekstində) qaldırması da gözlənilən effekti vermədi. Putin ümumiyyətlə, bu məsələyə toxunmadı, Ruhani isə “Amerikanı Fəratın şərqindən çıxarmalıyıq” deməklə kifayətləndi. Bu, təəccüblü deyil, çünki Türkiyə Astana çərçivəsində, yəni özünün bərabərhüquqlu tərəf kimi iştirak etdiyi bu formatda PYD-YPG-ni terror təşkilatı kimi tanıtdıra bilməyib. Bu, fiaskodur və Türkiyənin format daxilində hansı çəkiyə malik olduğunu göstərir.

Bir sözlə, Tehran görüşünün Türkiyə üçün uğursuzluqla nəticələndiyini söyləyə bilərik. Bu uğursuzluq Türkiyəni yenidən Amerikaya yaxınlaşdıra bilər. Rahib Branson azadlığa buraxılsa, təəccüblənmək lazım deyil. Yeri gəlmişkən oktyabrın 12-də bu məsələyə baxılacaq.

P.S. Türkiyənin İdlib əməliyyatına qarşı çıxmasının digər səbəblərinə növbəti yazıda toxunarıq.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)