vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
AVROPA  
10:46 | 20 fevral 2019 | Çərşənbə Məqaləyə 1770 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kameronun ən böyük yanlışı

Politoloq: ““Brexit” Böyük Britaniya üçün problemə çevrilib”

Nərgiz LİFTİYEVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Böyük Britaniya ilə Avropa Birliyi arasında “Brexit” problemi davam edir. Britaniyanın xarici işlər naziri Ceremi Hant sonuncu açıqlamasında bildirib ki, “Brexit” ətrafında yaranmış vəziyyəti yalnız Böyük Britaniya və Avropa İttifaqı hakimiyyət orqanlarının qarşılıqlı etimadı sayəsində siyasi dalandan çıxarmaq mümkündür.

Nazirin sözlərinə görə, hazırda “Brexit” məsələsini müzakirə etmək üçün həlledici məqam yetişib və tərəflər Britaniya parlamentinin dəstəyini qazanacaq yolun tapılacağına ümid bəsləyir: “Lakin bunun üçün etimad lazımdır, çünki burada növbəti 25 il ərzində Böyük Britaniyanın avropalı qonşuları ilə münasibətlərdən söhbət gedir”.

Fevralın 14-də Britaniya parlamenti Baş nazir Tereza Meyin “Brexit”in reallaşdırılması təklifini dəstəkləməkdən imtina etdikdən sonra həm Britaniya iqtisadiyyatı, həm də qitədəki ixracatçılara mənfi təsir göstərə biləcək sazişsiz “Brexit” ehtimalı artıb. Səsvermə simvolik xarakter daşısa da, vəziyyətin bu cür inkişafı “Brexit”in reallaşdırılması məsələsində Nazirlər Kabinetinə əlavə təzyiq kimi qiymətləndirilir.

Tereza Meyin danışıqları yenidən başlamaq cəhdlərinə baxmayaraq, Avropa İttifaqı Şurasının rəhbəri Donald Tusk Aİ-nin 2018-ci il noyabrın 25-də Brüssel və London arasında əldə olunan sazişin şərtlərini dəyişməyəcəyini bildirib. Britaniya parlamenti isə öz növbəsində “bekstop”a - keçid dövründən sonra Şimali İrlandiyanın Avropa İttifaqının gömrük ittifaqında və vahid Avropa bazarında qalması barədə şərtə düzəliş edilmədən saziş layihəsini dəstəkləməkdən imtina edib.

Qeyd edək ki, Böyük Britaniya mayda Avropa Parlamentinə keçiriləcək seçkilərdə iştirak etməyəcək. Baş nazir Tereza Mey martın 29-da Avropa İttifaqını tərk etmək niyyətində olduqlarını açıqlayıb.

Bu mövzunu şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Brexit”i zamanında David Kameronun yol verdiyi səhv kimi qiymətləndirdi: “Yaxın tarixə baxsaq, “Brexit”in necə başladığını görə bilərik. 2016-cı ildə İngiltərə siyasi dairələrində müzakirələr gedirdi ki, biz Brüsselə tabe olmalıyıq, yoxsa olmamalıyıq. O zaman baş nazir David Kameron idi. Axırda qərar gəldilər ki, Avropa Birliyinə qalıb-qalmamaqla bağlı məsələ qaldırsınlar. Bu Kameronun ən böyük yanlışı idi. Onlar düşünürdülər ki, əksəriyyət Avropa Birliyində qalmağın tərəfdarıdır, ancaq cüzi fərqlə də olsa nəticə əksinə oldu. Sonra Kameron istefaya getdi, onun yerinə Tereza Mey gəldi. O Kameronun yaratdığı bu ağır problemi aradan qaldırmaq məcburiyyətində qaldı. Böyük Britaniya Avropa Birliyindən çıxmaqla bağlı müqavilə bağlasa da, İrlandiya qalırdı. İrlandiya öz qardaşları olan Şimali İrlandiya ilə sərhədlərin qapanmasını istəmir. Böyük Britaniya Avropa Birliyindən çıxsa sərhədlər qapanmalıdır. Bu zaman isə məhz İrlandiya mövzusuna görə bu məsələ İngiltərə parlamentində həll olunmadı. İndi də çox ciddi problemə çevrilib”.

Politoloqun sözlərinə görə, Böyük Britaniya rəsmiləri AB-ni tərk etmək niyyətlərini ortaya qoysalar da, bir çox məsələlər tam həllini tapmayıb: “Əgər Böyük Britaniya AB-dən çıxsa yenə bir çox məsələlər həll olunmamış qalır. İqtisadiyyatda müəyyən problemlər yaranıb və böyük şirkətlər Londonu tərk edib başqa yerdə ofislər qururlar. Əgər yaxın iki ayda razılaşma olmasa, “Brexit”in nəticələrinə uyğun olaraq Avropa Birliyini tərk edəcəklər. Mən bu razılaşmanın olacağını da güman etmirəm, çünki Avropa Birliyi də güzəştə getməyəcək”.

Xatırladaq ki, 2016-cı ilin iyununda keçirilən Brexit üzrə referendumda Böyük Britaniya vətəndaşlarının 51,9 faizi ölkənin Avropa ittifaqının tərkibindən çixmasına səs vermişdi.