vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
BÖHRAN  
13:12 | 26 noyabr 2019 | Çərşənbə axşamı Məqaləyə 2034 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“143 nəfər öldürülüb”

“Amnesty İnternational”ın fars-molla rejiminin İranda qətliamlarla bağlı hesabatı

Beynəlxalq insan hüquqları təşkilatı Amnesty İnternational (Beynəlxalq Əfv Təşkilatı) noyabrın 25-də İrandakı son etirazlarda rejim qüvvələri tərəfindən qətlə yetirilənlərin sayı barədə yeni hesabat yayıb.

Bundan əvvəl yaydığı bəyanatda İrandakı etirazlarda hökumət qüvvələrinin birbaşa atəşi nəticəsində ölənlərin sayının 106 nəfər olduğunu bildirən “Amnesty İnternational”ın yeni hesabatında qeyd olunur ki, İranın müxtəlif şəhərlərində qətlə yetirilən etirazçıların sayı getdikcə artıb: “İrandakı son etirazlarda ən azı 143 nəfər qətlə yetirilib. Belə ki, Əlbürz əyalətində 9 nəfər, Şərqi Azərbaycanda 1, İsfahanda 7, Fars əyalətində 15, Kirmanda 1, Kirmanşahda 34, Xuzistanda 40, Kürdüstanda 12, Tehranda 20, Qərbi Aərbaycan əyalətində isə 4 nəfər rejim qüvvələri tərəfindən öldürülüb.

Etirazlardan çəkilmiş videolarda açıq-aşkar görünür ki, İran İslam Respublikasının təhlükəsizlik qüvvələri əli yalın etirazçıları qəsdən yaxın məsafədən hədəfə alır, onlara odlu silahlardan atəş açırlar. Həmçinin etirazlarda ölənlərin ailə üzvlərinin və İrandakı jurnalistlər və hüquq müdafiəçilərinin bildirdiyinə görə, etirazlarda rejim qüvvələri tərəfindən qətlə yetirilənlərin cənazələri əksər hallarda valideynlərinə təhvil verilmir, bəzi hallarda isə valideynlər cənazələri təhvil almaq üçün övladlarına vurulmuş güllə pulunu hökumətə ödəmək məcburiyyətində qalırlar.

Bundan başqa, həm də bildirilir ki, hökumət qüvvələri xəstəxanalarda yatan yaralı etirazçıların müalicə almasına mane olur, tibb mərkəzlərinə gələrək həmin şəxsləri yaralı vəziyyətdə tutub naməlum istiqamətə aparırlar” –deyə, “Amnesty İnternational”ın İrandakı etirazlarda yaydığı yeni hesabatında vurğulanır.

Qeyd edək ki, “Amnesty İnternational”ın yeni hesabatında rejim qüvvələri tərəfindən öldürülən etirazçıların sayı ən azı 143 nəfər göstərilsə də, İrandakı şahidlərin və hüquq müdafiəçilərinin yaydığı məlumatlarda bu rəqəm qat-qat çoxdur.

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Ölkənin 137 şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misili görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 251 nəfərdən çox insan qətlə yetirilib, 3700 aksiyaçı yaralanıb, Tehranda və digər şəhərlərdə 7 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Etirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu, ən azı 3 axund həlak olub, cəhalət, xurafat və fəsad mərkəzi sayılan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb. Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, ölkədə yaşanan inqilabi vəziyyət və iri şəhərlərdə elan olunmamış fövqəladə vəziyyət rejimi davam edir.