vaxtlı-vaxtında oxuyun! Şənbə, 12 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
Kim Çen Inın ailə tarixində gizli detal 15:06 | 10 iyul 2025 | Cümə axşamı Məqaləyə 33 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kim Çen Inın ailə tarixində gizli detal

Şimali Koreya liderinin babası Yaponiyadan qaçaqmalçılığa görə deportasiya edilib?

TURQUT

MÖVZU İLƏ ƏLAQƏLİ

Şimali Koreya lideri Kim Çen Inın ailə keçmişi ilə bağlı maraqlı iddialar irəli sürülüb. Yaponiyada nəşr olunan yeni bir kitabda dövlət başçısının ana tərəfindən babası Ko Qyo-taekin Yaponiyada qeyri-qanuni geyim ticarəti ilə məşğul olduğu və bu səbəbdən ölkədən deportasiya edildiyi bildirilir.

Honq Konqda fəaliyyət göstərən “South China Morning Post” qəzetinin məlumatına görə, jurnalist Yoji Qominin müəllifi olduğu “Ko Yonq-hui: koreyalı Zainiçi Kim Çen Inın anası” (“Ko Yong-hui: The Zainichi Korean Who Became Kim Jong-un's Mother”) adlı kitabda Şimali Koreya liderinin ailə kökləri geniş şəkildə araşdırılıb.

Kitabda qeyd olunur ki, əslən Cənubi Koreyanın Jeju adasından olan Ko Qyo-taek həyatını qurmaq üçün Yaponiyaya köç etmiş, Kim Çen Inın anası Ko Yonq-hui isə 1952-ci ildə Osakanın Tsuruhashi adlı, koreyalıların üstünlük təşkil etdiyi məhəlləsində dünyaya gəlib.

Yaponiyada geyim məhsullarının qaçaq satışı ilə məşğul olan Ko Qyo-taekin həmin fəaliyyətinə görə həbs olunduğu və sonradan ölkədən çıxarıldığı bildirilir. İttihamlara əsasən, ailə bu hadisədən sonra maddi çətinliklərlə üzləşib və Şimali Koreyanın xaricdə yaşayan koreyalıları vətənə dönməyə çağırdığı dövrdə, Ko Qyo-taek 10 yaşlı qızını da yanına alaraq Pxenyana köç edib.

Kitabda həmçinin qeyd olunur ki, Ko Yonq-hui 1970-ci illərin əvvəllərində Pxenyanın “Mansude incəsənət kollektivi”nə qoşulub və məhz burada Kim Çen Inın atası Kim Çen İllə tanış olub. Müəllif Ko Yonq-huini həm istedadlı, həm də iradəli bir şəxs kimi xarakterizə edir və onun oğlunu hakimiyyətə gətirmək üçün ciddi mübarizə apardığını vurğulayır.

Kitabda Kim Çen Inın anası ilə birlikdə yaponca danışdığı və mahnı oxuduğu bəzi fotoşəkillərə də yer verilib. Müəllif bu məlumatların əksəriyyətini Kim Çen Inın Yaponiyadakı, adlarını açıqlamaq istəməyən qohumları ilə apardığı müsahibələrə əsaslanaraq təqdim edib.

Regionun siyasi tarixində maraqlı bir epizod kimi dəyərləndirilən bu iddialar Şimali Koreya lider ailəsinin keçmişinə dair indiyədək qapalı qalmış pərdələri aralaya bilər.