“Uşaqlarınızı qurban verməyə hazırısınız?”
Fransa Baş qərargah rəisinin çıxışı ölkədə ciddi etirazlara səbəb oldu
12:09 | 10 iyul 2025 | Cümə axşamı
Məqaləyə 219 dəfə baxılıb
Şriftin ölçüsü
Fransa Baş qərargah rəisinin çıxışı ölkədə ciddi etirazlara səbəb oldu
Tramp və Makron arasında gərgin dialoq iddiası: “İki lider mübahisə etdi”
Fransada etirazlar səngimiz
Fransada isə yeni baş nazirə qarşı etirazlar davam edir
Fransa Makron əleyhinə etirazlarla günə başladı, fermerlər traktorlarla yolları bağlayıb
Fransada “Hər şeyi dayandır!” etirazları başladı
“Fransadakı etirazlarda “Telegram”ın istifadə olunmasından qürur duyuram”
Makron müdafiə nazirini Fransa hökumətinin başına gətirdi
İstefaya göndərilən Baş nazirdən vida çıxışı
Fransada yeni baş nazir kim olacaq, masada kimlərin adı var?
Fransada hökumət çökdü – Makronu nə gözləyir?
Makron hökumətin devrilməsindən sonra yeni baş nazirini təyin edəcək
Fransa parlamentində etimad səsverməsini ala bilməyən Bayru hökuməti devrildi
Fransadakı etimad səsverməsi istiqrazları sarsıtdı
Fransanı xaotik həftə gözləyir
Etimad səsverməsindən sonra ölkəni nələr gözləyir?
Makron cütlüyünün İngiltərəyə etdiyi rəsmi səfər zamanı təyyarədən enərkən Fransa Prezidenti Emmanuel Makronun xanımına əlini uzatdığı, lakin Bricit Makronun buna qarşılıq vermədiyi anlar medianın diqqətindən yayınmamışdı. Bu səssiz jestin arxasında emosional bir səbəbin olduğu məlum olub. Prezidentin həyat yoldaşı Bricit Makronun rəsmi səfərlər zamanı durğun davranmasının arxasında ailəvi faciənin dayandığı üzə çıxıb.
İngiltərə mətbuatının yazdığına görə, Bricit Makronun bir neçə gün əvvəl dünyasını dəyişən bacısı Ann-Mari Troqnyönun itkisi ilə bağlı dərin kədər yaşadığı, buna baxmayaraq rəsmi protokolu tərk etmədən prezidentə səfərdə müşayiət etdiyi bildirilir.
***
“Mirror” qəzetinin yaydığı məlumata görə, Bricit Makronun bacısı Ann-Mari Troqnyö səfərdən bir həftə əvvəl Fransa şimalında yerləşən Amyen şəhərindəki evində dünyasını dəyişib.
İngiltərə mətbuatına danışan anonim bir mənbə qeyd edib: “Birinci xanımın bu qədər durğun və bəzən narazı görünməsinin əsas səbəbi bacısını itirməsidir. O, bacısını çox sevirdi və bu itki onu dərindən sarsıdıb”.
Mənbənin sözlərinə görə, Bricit Makron bu zərbəyə baxmayaraq dövlət səfərini təxirə salmaq istəməyib və ərini Londona tək göndərməkdən imtina edib.
Bricit Makron daha əvvəl isə 27 yaşlı digər bacısı Marivon Troqnyönu yol qəzasında itirmişdi.