
“Fitch” və “S&P”dən bədbin proqnoz
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Vergilər Pekinə cavabdır
ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
Oval kabinerin “qızıl çağı” – ABŞ prezidenti Ağ Evi qiymətli doldurmağa davam edir
Trampdan kütləvi ixtisarla hədələdi
Tramp Biden administrasiyasının keçmiş rəsmisini işdən çıxarılmasını istəyir
“Deportasiya qoxusunu sevirəm”
Polşada hərbi pilot həlak oldu, aviaşou ləğv edildi
“İstefa etməsə, vəzifəsindən kənarlaşdıracağam”
Təyyarənin endirə bilən təcrübəli pilot faciənin qarşısını aldı
Çimərliklər bağlandı
... Sosial şəbəkədə etirazlar yağdı
Alyaska – ortodoks kilsələri, raket bazaları və siyasi mühacirlərin sığınacağı
Kreml Tramp-Putin görüşləri ərəfəsində köhnə palan içi tökür
Tramp Vaşinqtona əsgər yığır
Putin ABŞ-a satılan Alyaskaya səfər edən ilk Rusiya lideri olacaq
ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə başlıqlı ballistik raketlərlə silahlanmış sualtı qayığı “USS Maryland” və kəşfiyyat təyyarəsi “E-6B Mercury”, eyni vaxtda Atlantik okeanında peyda olub. Bu sinxron mövcudluq beynəlxalq müşahidəçilər və ekspertlər tərəfindən mümkün bir nüvə qarşıdurması ssenarisinin məşqi kimi şərh olunur.
ABŞ Donanması təsdiqləyib ki, “USS Maryland” sualtı qayığı Portuqaliyanın Azor adaları yaxınlığında – Şimali Atlantikdə patrul tapşırığı yerinə yetirirdi. Eyni zamanda, nüvə sualtı qayıqları ilə rabitə qurmaq və komanda ötürmək qabiliyyətinə malik “E-6B Mercury” kəşfiyyat təyyarəsinin də bölgədə olduğu bildirilib.
***
CNN Portuqaliyanın xəbərinə görə, ABŞ-ın nüvə silahlı bir sualtı qayığı Azor adalarının Terseyra adasında yerləşən Praya da Vitoriya limanına daxil olub. Əvvəlcə bu sualtı qayığın “USS Michigan” olduğu bildirilsə də, ABŞ Altıncı Donanma Komandanlığının sözçüsü Komandir Tim Qorman, məlumatı düzəldərək gəminin “USS Maryland” olduğunu açıqlayıb.
O, bildirib ki, Maryland gəmisinin Corciya ştatındakı “Kings Bay” bazasına aid olduğu və bölgədə qısa müddətli personal dəyişimi üçün lövbər saldığı qeyd olunub.
***
ABŞ donanmasının “E-6B Mercury” təyyarəsi, fövqəladə nüvə əmrlərinin və rabitə siqnallarının yayılması üçün nəzərdə tutulmuş strateji komanda təyyarəsidir. İctimaiyyətdə bu təyyarə “Qiyamət təyyarəsi” (“Doomsday Plane”) kimi tanınır.
Bu, ABŞ Hərbi Dəniz Qüvvələrinin Altıncı Filo ərazisində (Avropa və Afrikanı əhatə edir) ballistik raketli bir sualtı qayığı və E-6B təyyarəsini eyni anda yerləşdirdiyi ilk hal deyil. Oxşar vəziyyət iki il əvvəl 2023-cü ilin iyun ayında Norveç dənizi üzərində yaşanmışdı. Həmin vaxt “USS Tennessee” sualtı qayığı səfərdə olarkən, onun üzərində “E-6B” təyyarəsi uçuş həyata keçirirdi.
***
Əvvəlki məlumatlara əsasən, Ohayo sinfinə aid ballistik raket daşıyan sualtı qayıqlar adətən 77 günlük patrul xidmətləri yerinə yetirir və “Mavi” və “Qızıl” adlı iki heyət növbəli şəkildə xidmət aparır. Bu da sualtı qayıqların daim döyüş hazırlığında qalmasına imkan verir.
Bu sinxron hərbi fəaliyyətin açıq şəkildə paylaşılması, ABŞ-ın potensial rəqiblərinə və müttəfiqlərinə qarşı güc nümayişi və nüvə strateji hazırlığı mesajı kimi qiymətləndirilir. Xüsusilə Rusiya və Çin kimi dövlətlərlə artan gərginlik fonunda bu cür siqnallar, yeni bir soyuq müharibə dövrünün başlanğıc əlamətləri kimi dəyərləndirilir.