Yerə bənzəyən yeni planet tapılıb
Cəmi 11 işıq ili uzaqlıqda
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İran kosmosa tədqiqat peyki göndərib
60 kq-lıq “Çemran-1” yerli istehsaldır
-
Günəş sisteminin nizamını başqa ulduz pozub?
Alimlər Yupiter və Saturnun bəzi peyklərinin də buradan gəldiyini düşünürlər
-
Kosmik zibil probleminin həllində “pioner”
Avropanın qabaqcıl Salsa peyki Yer atmosferinə alovlu eniş etdi
-
Merkurinin sirləri açılır
Onun səthi ilk dəfə bu qədər yaxından çəkilib
-
Səmada yuvarlanan nəhəng yelkən
NASA-nın 80 kvadratmetrlik cihazı hazırda Yerdən görünən ən parlaq obyektlərdən biridir
-
Yadplanetli axtarışı
Alimlər 1300 qalaktikada sivilzasiya əlamətləri tapmaq ümidindədir
-
Ulduzların yaranma prosesinin sərhədləri
“James Webb”in tapıntıları planetlərin əmələ gəlməsi ilə bağlı fərziyələri silə bilər
-
“Ay qırmızı topa bənzəyirdi”
Yeni dəlillər Ayın maqma okeanı ilə örtüldüyünü aşkar edib
-
50 illik araşdırmanın nəticəsi
Alimlər yadplanetlilərin işarəsi olduğu düşünülən məşhur siqnalın sirrini açmağa yaxındır
-
Mindən çox peyk risk altında
Çin raketi parçalanaraq ən azı 700 kosmik zibil əmələ gətirib
-
Çinin kosmik kabusu ifşa olunub
Həvəskar astronom gizli təyyarəni Avropa səmasında görüb
-
Elmi biliyin sərhədi
Gənc Günəşə bənzəyən ulduz qayıdışı ilə alimləri təəccübləndirdi
-
Kosmosda elektrik şəbəkəsi
İlk peyk gələn il orbitə buraxılacaq
-
“Tüklərim biz-biz oldu”
Ən güclü qamma şüalarının partlamasının sirri açılıb
-
“Son parsek problemi”
Qara dəliklərin böyük dilemmasının cavabı qaranlıq maddədə ola bilər
-
Günəş fırtınaları öncədən bilinəcək
Kosmik hava şəraitini proqnozlaşdırmaq əsas infrastrukturların təhlükəsizliyinə açar ola bilər
Avropa Cənub Rəsədxanasının (ESO) alim heyəti Günəş sistemindən 11 işıq ili məsafəsində yerləşən Yerə bənzəyən planetin kəşf edildiyini bəyan edib.
Alimlər burada həyat aşkar edəcəklərinə ümid edirlər.
Sakit «Ross 128» ulduzunun ətrafında fırlanan planetin iqlimi mülayimdir.
Aşağı kütləvı planetin dövr müddəti təqribən 10 günə bərabərdir.
«Yeni dünya «Ross 128 b» adını alıb. «Proksima b»dən sonra bu mülayim iqlimi ilə bizə yaxın ikinci Yerə bənzər planetdir.
Əlavə olaraq deyək ki, bu, qeyri-aktiv qırmızı çırtdan planet ulduzun ətrafında fırlanan Yerə ən yaxın planetdir. Bu isə planetdə həyatın aşkar edilməsi ehtimallarını daha da artırır», - deyə rəsədxananın açıqlamasında bildirilir.
«Ross 128 b» planetini Çilidə «ESO HARPS («High Accuracy Radial velocity Planet Searcher») qəbuledicisi ilə işləyən astronomlar kəşf edib.
Alimlər hesablayıblar ki, yeni planetin səthində dərəcə təqribən -60 və 20°C arasında olmalıdır.
Lakin alimlər nəticələri söyləməyə tələsmirlər: onlar hələ ki, «Ross 128 b»nin yaşayış zonasının daxilində, xaricində və ya hüdudlarından kənarda olduğunu müəyyən edə bilməyiblər.
Yalnız bunu aydınlaşdırdıqdan sonra onlar bu planetdə yaşayışın olub-olmadığını öyrənə bilərlər.
Hazırda Yerə mülayim iqlimi ilə ən yaxın ekzoplanet, «Proksima Sentavr» ulduzunun ətrafında fırlanan «Proksima b»dir.
ESO astronomları onu 2016-cı ilin avqustunda kəşf ediblər.
«Proksima Sentavr» ilə Günəş sistemi arasındakı məsafə 4 işıq ilindən bir az çoxdur.
Lakin ESO mütəxəssisləri iddia edirlər ki, «Ross 128 b» Yerə doğru hərəkət edir və «cəmi 79 min il sonra (kosmik miqyasda bu sadəcə bir andır) məhz bu planet bizə ən yaxın kosmik qonşu olacaq».
Alimlərin proqnozlarından belə qənaətə gəlmək olar ki, «Ross 128 b» planeti «Proksima b»nin Yerə ən yaxın ekzoplanet siyahısındakı birinciliyini əlindən alacaq.
«Proxima b» planetinin səthində mülayim şərtlər olmasına baxmayaraq, ana ulduzunda partlayışlar zamanı Günəşin Yeri şüalandırdığından daha çox ultrabənövşəyi və rentgen şüalarına məruz qala bilər», - ESO astronomları izah edir.
«Rəqibindən» fərqli olaraq «Ross 128 b daha «sakitdir».
Bu isə nəzəri cəhətdən orada həyatın mümkün olması deməkdir.