vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 11 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
TOP OYUNLARI  
16:10 | 20 fevral 2019 | Çərşənbə Məqaləyə 2524 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gürcülər irəli, biz geri...

“CBC Sport”un kamerası qarşısında boşboğazlıq etmək iş görmək deyil

Aydın BAĞIROV

MÖVZU İLƏ ƏLAQƏLİ

Gerçək mənzərənin tam aydın olması üçün əvvəlcə qonşumuz Gürcüstandan başlayaq. Çünki futbolumuzda dərinləşməkdə olan böhranı görmək üçün uzaq Avropa, yaxud Braziliyayla müqayisələrə ehtiyac yoxdur.

Beləliklə, gürcülər nə edir?

Əslində qeyri-adi heç nə. Normal futbol düşüncəsi nəyi tələb edirsə, onu. Birinci növbədə diqqəti yönəldirlər uşaq futbolunun inkişafına. Gələcək məhz onlardı axı. 2018-ci ilin yekunlarına görə, bu ölkənin U-17 liqasında 30 komanda yarışıb və həmin 30 komandadan düz 16-sı bölgələri, digərləri də paytaxt Tiflisi təmsil edib. Təxminən eyni hal U-15 liqasında da olub. Bunun üçün böyük məbləğdə (futbola görə) pul da tələb olunmur. Bir liqanın keçirilməsinə 100-150 min dollar xərclənə, ya xərclənməyə. Gürcüstan Futbol Federasiyasının saytında U-17 liqasının sponsorunun olmasına dair hər hansı məlumat yoxdur.

Bizdə isə U-17 liqasının “Bakcell” boyda sponsoru var. Hələ sponsor bir kənara, liqanı keçirən AFFA-nın SOCAR kimi iqtisadi maliyyə dayağı var ki, rəsmi hesabata əsasən, təkcə uşaq futboluna bir ildə 2 milyondan çox pul ayrılıb. Amma indi bir fakta xüsusi diqqət edin. Bizim sponsoru olan bu U-17 liqasında gürcülər kimi 30 deyil, 20 də deyil, heç 15 də deyil, cəmi 12 komanda oynayır. O 12 komandadan isə Bakıda oynayan “Qarabağ”ı çıxmaqla vur-tut 3-ü bölgəni təmsil edir.

Əhalimiz gürcülərdən çox, pulumuz da həmçinin. Bəs hara yoxa çıxıb bu qədər uşaq, bölgələri təmsil edən komandalar? Hardadır Azərbaycanın ikinci böyük şəhəri Gəncənin, futbolumuza nə qədər istedadlı oyunçu bəxş etmiş Tovuzun U-17 liqasındakı komandası? U-16 və U-15 liqasını da əlavə etsək, liqalarda üst-üstə 40 komanda oynayır. Bu dəfə hətta paytaxtda oynayan “Qarabağ”ı da daxil etsək, həmin 3 liqada 40 komandadan cəmi 10-u bölgələri təmsil edir. Yəni Gürcüstanda təkcə bir liqadakı komanda sayından daha az.

Bölgələrdə uşaq komandalarının yoxa çıxmasının gələcəkdə klub və A milli komandaya daha ciddi zərbə vuracağını AFFA indidən düşünməli və bu təhlükənin qarşısını almaq üçün təcili işlər görməlidir. İş görməksə əziz “CBC Sport”un kamerası qarşısına çıxıb “AFFA uşaq futbolunu inkişaf etdirir, diqqət və qayğı göstərir” kimi boşboğazlıq etmək deyil. Bu nağılı danışan federasiyanın uşaq futboluna məsul nümayəndəsi isə nəhayət, dərk etməlidir ki, elə yarımca metrliyində dayanıb müsahibə verdiyi meydança orada oynayan həmin o uşaqların səhhəti üçün real təhlükə mənbəyidir. Bütün Avropa süni meydançarlardan imtina edir, bizimkilərsə yenilərini salır. Yeri gəlmişkən, bölgələrdə uşaq futbolu ilə bağlı problemə təkcə AFFA deyil, Gənclər və İdman Nazirliyi də biganə münasibət göstərməməlidir.

Və sonda.

Yenə gürcülərə qayıdaq. Bizdən fərqli olaraq, onların federasiyasının uzun illərdi uşaq futboluna həqiqi diqqəti ona gətirib çıxarıb ki, bu gün Gürcüstanın A milli komandasının 23 üzvündən düz 21-i xarici ölkə çempionatlarında (Rusiya, İsveçrə, Ukrayna, ABŞ, Polşa, Belarus, İspaniya, Avstriya, Belçika, Slovakiya, Qazaxıstan) oynayır.

Bizim Qara Qarayevsə deyir ki, mənə heç bir xarici klubdan təklif gəlməyib. Hələ son illər ən yaxşı və ən sabit oyunçularımızdan biri Qara sayılır. İndi görün, o birilər nə vəziyyətdədi.

Aydın BAĞIROV


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)