vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
SƏHİYYƏ, ORDU  
10:48 | 19 iyul 2020 | Bazar Məqaləyə 12456 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Drandulet dronlar

Daz (dayaz) yerdə torağaya atmağa yarayan PUA-lar

Elçin ALIOĞLU

Ermənilərin yalanlarına bu dəfə Suriyanın və İraqın şimalında fəaliyyət göstərən PKK («Parti Karkaren Kurdistan») terror təşkilatının «Fırat» informasiya agentliyi də qatılıb.

«Fırat» yalan yayaraq bəyan edib ki, sən demə, Türkiyə Suriyadakı yaraqlıları Azərbaycana yollamağa hazırlaşır.

Marazmatik və absurd xəbəri Rusiyanın nüfuzlu TASS agentliyi yaymışdı. Həmin məlumat agentliyin saytında artıq yoxdur, silinib.

TASS sözügedən məlumatı təkzib edən xəbər yayıb.

Təbii ki, xəbərin saytdan götürülməsi və təkzibin səbəbləri olub.
Bu, belə.

Gələn İrəvandakı Şuşana. Yəni Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyana.

Şuşan yenə yuxusunu danışaraq bəyan edib ki, sən demə, Ermənistan hərbçiləri Tovuz rayonunda Azərbaycanı 3 tankını vurublar: «Zirehli texnika Ermənistan istehsalı olan döyüş PUA-ları (Pilotsuz Uçan Aparat) vasitəsilə vurulub».

Ermənistan XİN-nin mətbuat katibi Anna Nağdalyan da Şuşana qoşulub və buyurub ki, sən demə, erməni hərbçilər Azərbaycan ordusunun «Hermes 900 BC» PUA-sını vurublar, «SkyStriker» PUA-sını isə tutublar.

Stepanyanla Nağdalyanın dedikləri yalandır.

Ermənistanda zirehli texnikanı vura biləcək PUA-lar istehsal edilmir.
Ermənilərin təriflədikləri və «kamikadze dron» adlandırdıqları «dron» əslində kvadrokopterdir, 2 RPQ-6 qaldırır, 30 km uçur.

Hazırda Ermənistan ordusunda olan hərbi təyinatlı PUA-lar, yəni dronların siyahısı budur - onların istisnasız olaraq hamısı Rusiya istehsalıdır - «Altair», «Vityaz», «Berkut», «Qranat-2», «ZALA 421-02X», «ZALA 421-04M», «DELTA-M», «Merlin-21b», «Oxotnik-U», «Orlan-10».

Bu dronların heç biri Azərbaycanda olan dronlar arasındakı ən «zəif»i sayılan «Harop»la belə, müqayisə oluna bilməz. Bizdə digər dronlar var ki, onları burada sadalamaq istəmirəm və belə niyyətim də yox.

2016-cı ildəki aprel döyüşlərində ermənilərin canlı qüvvəsini və texnikasını Azərbaycanın dronları məhv edəndə İrəvan təşvişdə idi və öz pilotsuz döyüş aviasiyasını yaratmaq fikrinə düşmüşdü.

Ötən il belə «nou-hau»lardan biri Azərbaycan ordusunun mövqelərinin üzərində peyda olmuş və «hücum» etmişdi. Adi kvadrokopter idi, 82 mm-lik minanı atdı, rədd olub getdi. Mina da səngərlərimizdən 800 metr aralıya düşmüşdü.

Çində istehsal edilmiş adi «DJİ Mavic Air 2 Fly More Combo» kvadrokopteri idi: maraqlan hər kəs «Google»da axtarış verib bu balaca, uçan dranduletin qiymətini öyrənə bilər.

Tovuzda iyulun 12-də döyüşlər başlayandan sonra Ermənistanın Müdafiə Nazirliyi bəyanat vermişdi: «Azərbaycana qarşı yerli müdafiə sənayemizin istehsalı olan 2 tip effektiv döyüş PUA-larından istifadə edirik. Hədəflər müdafiə məntəqələri, artilleriya qurğuları, nəqliyyat vasitələri, canlı qüvvə və zirehli texnikadır».

Tamam, məni də maraq aldı ki, əcəba, bu debiloidlər harada, nə zaman və necə döyüş PUA-sı  istehsal ediblər? Üstəlik, zirehli texnikanı sıradan çıxara biləcək PUA: dünyada az ölkədə belə döyüş vasitəsi var.

Qısa araşdırma göstərdi ki, Ermənistan Müdafiə Nazirliyinin bəhs etdiyi «döyüş PUA-ları» Çində istehsal olunan, onlayn satış platformalarında hər kəsin sifariş verib ala biləcəyi kvadrokopterlərdir.

Onlardan biri «DJİ İnspire 2»dir. 27 saat havada qala bilir. Ermənilər bu kvadrokopterə Rusiya istehsalı olan bir «RPQ-28» tank əleyhinə əl qumbaratanı bərkidərək «döyüş PUA-sı» ediblər.

İkincisi isə yenə də Çin istehsalı olan «Megadrone VTOL HAWK» «uçan pilotsuz təyyarəciyi»dir. Bu qurğu 60 dəqiqə havada qala bilir. İrəvanda «Megadrone VTOL HAWK»dakı «Sony RX0/QX-30/RX100» kamerasını çıxararaq 2 «RPQ-32» əlavə ediblər.

Ermənistanın bu «PUA»-larının nə GPS modulları («RTK Here+» tipli modullar Azərbaycan ordusundakı radioelektron mübarizə vasitələri (REB) vasitəsilə asanlıqla sıradan çıxarılır), nə də telemetriyaları («RFD868» tipli telemetriya döyüş PUA-sı üçün sadəcə, rüsvayçı texniki göstəricidir), nə uçuş yüksəkliyi (150-500 metr) hərbi əməliyyatlarda effektiv istifadə üçün yararlı deyil.

Onlar ən yaxşı halda kəşfiyyat-müşahidə uçuşları üçün istifadə oluna bilər.

Ən başlıcası isə kvadrokopterə əl qumbaraatanı quraşdırmaqla o, döyüş PUA-sı olmur, ola da bilməz. Çünki Rusiya istehsalı olan əl qumbaraatanından (RPQ) istifadə zamanı əsgər onu çiyninə sıxır.

Silahın reaktiv şırnağı isə elədir ki, həmin an arxada duran adamı öldürə bilər.

İndi təsəvvür edin: erməni kvadrokopteri səmadadır, ona quraşdırılmış RPQ-dən atəş açılır. Belədə reaktiv şırnaq kvadrokopteri hara atar və belə atışdan sonra RPQ mərmisi hansı tankı sıradan çıxara bilər?

Erməni hərbi mühəndislər hələ də dərk etmirlər ki, əgər adi tibbi şprisin porşenini sıxsan və çıxan maye şırnağını divara yönəltsən, reaktiv təkan yaranır.

Səmada uçan, vibrasiya edən aparata quraşdırılmış RPQ-dən atəş açılanda öndən çıxan mərmi və arxadan çıxan reaktiv şırnaq, üstəlik külək və hava axınları - hansı «zərbə»dən danışmaq olar?! Loru dillə ifadə etsək, «Dədə Qorqud filmində Beyrəyin ox atan Yalıncığa dediyi kimi, «daz (dayaz) yerdə torağaya atmağa yarayır»».

Və sonda: Tovuz rayonunda, Ermənistanla bilavasitə sərhəddə, döyüş mövqelərində tanklarımız yoxdur. Onlar bir qədər «içəri»dədir.

Həmin tanklardan isə vurulanı yoxdur.