vaxtlı-vaxtında oxuyun! Cümə, 30 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
MEDİA-QHT  
“MilliNet2025”ə hazırlıqlar başlayıb 15:29 | 29 may 2025 | Cümə axşamı Məqaləyə 15 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“MilliNet2025”ə hazırlıqlar başlayıb

Ölkənin ən titullu internet mükafatına sentyabrda start veriləcək

Osman GÜNDÜZ

Bu il Milli İnternet Mükafatı – “MilliNet2025” müsabiqəsinə hazırlıqlara başlanıb. Ötən gün “MilliNet” TK-nın bu məqsədlə ilk toplantısı keçirilib.

Xatırladıram ki, ötən il “MilliNet” yarışması keçirilməyib və bu haqda məlumat verilib.

Ənənəvi olaraq “MilliNet2025”ə  sentyabrda start verilməsi və dekabrda yekunlaşdırılması nəzərdə tutulub.

Qaydalarda bəzi dəyişikliklər olsa da, əsasən əvvəlki Qaydalar qüvvədə olacaq.

“MilliNet”in xüsusi nominasiyası, “İlin Rəqəmsal Siması” nominasiyası üzrə seçimlərə fərqli yanaşmalar gözlənilir.

Müsabiqənin cari ildə keçirilməsi ilə bağlı bir çox məsələlər artıq öz həllini tapıb. Sponsorlarla bağlı müraciətlər var. Bəziləri təsdiq edilib. Sponsorluq və dəstəklə bağlı müraciətlərə açığıq.

Əsas məsələni, qiymətləndirməni həyata keçirəcək münsiflərin rotasiya qaydasında yenilənməsi aparılır və yeni tərkib formalaşdırılacaq.