vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNDƏM  
12:51 | 23 fevral 2022 | Çərşənbə Məqaləyə 935 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Erməni qoşunları Qarabağdan çıxır?

“10 noyabr razılaşmasının 4-cü bəndinin icrasını yaxın dövrdə görə bilərik”

Asif NƏRİMANLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Əliyev Putinlə mətbuat konfransında bildirdi ki, “Ermənistan tərəfinin 10 noyabr bəyannaməsinin bütün erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması bəndini yerinə yetirəcəyini gözləyirik”.

Azərbaycan Prezidenti müharibədən sonra bunu Moskvada – Putinlə görüşlərdə ilk dəfə açıq mətnlə səsləndirir və bu onu deməyə əsas verir ki:

- Moskva ilə müttəfiqlik sənədini imzalayan Bakının Qarabağla bağlı əsas istəklərindən biri bu olub;

- Əliyev-Putin görüşündə məsələ müzakirə edilib, böyük ehtimalla razılaşdırılıb;

Mövcud situasiyada Putinin Bakının istəyinə uyğun razılaşmaların icrasında irəliləyiş əldə edilməsi qərarına gəlməsi ehtimalı da güclüdür.

Putin Əliyevlə görüşdən bir gün öncə Paşinyanla danışmışdı və mətbuat konfransında qeyd etdi ki, “...dünən Ermənistanın baş naziri ilə mənim telefon danışığım olub. Azərbaycan, Ermənistan və Rusiyanın Qarabağ üzrə ali səviyyədə nail olunan bütün üçtərəfli razılaşmalarının tam həcmdə icrasının vacibliyi təsdiq edilib”.

Əliyevlə Putin Moskvada sənəd imzalayarkən Paşinyanın Təhlükəsizlik Şurasının iclasını keçirməsi bu kontekstdə diqqət çəkir.

Mümkündür ki, 10 noyabr razılaşmasının 4-cü bəndinin icrasını yaxın dövrdə görə bilərik və bu, Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsi istiqamətində addımlardan biri ola bilər.