Hazırlıqlar tamamlanıb
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
13:04 | 10 aprel 2025 | Cümə axşamı
Məqaləyə 242 dəfə baxılıb
Şriftin ölçüsü
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
... Yaxud Kreml üçün qorxulu diaqnoz
1 nəfər mülki vətəndaş həlak oldu
“Çaxal” əsgərinin xristian abidələrinə qeyri etik davranışı hiddətə səbəb oldu
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
İş adamı Aydın Çavuşoğlunun vəziyyəti ağırdır
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Meloni: “İtaliya–Azərbaycan tərəfdaşlığı enerji və təhlükəsizlik sahəsində gücləndiriləcək”
İtaliyalı senator Simona Petrucci: “İtaliya qlobal risklərə qarşı daha dayanıqlı olmalıdır”
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
İsrail hücum iddialarını təkzib etdi
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə-İsrail qarşıdurması və Azərbaycanın vasitəçilik addımları haqda dedikləri iki faktı ortaya çıxarır.
Birincisi, Ankara-Tel-Əviv arasında iki il öncə müşahidə edilən normallaşmada Bakının vasitəçilik səyləri mühüm paya sahib olub.
İkincisi, Azərbaycan hazırda toqquşan tərəfə çevrilən Türkiyə və İsrail arasında dialoqun yenidən qurulması istiqamətində işləyir.
Bu prosesin ötən ilin dekabrından aktiv mərhələdə keçdiyi müşahidə edilirdi. Prezidentin köməkçisi Hikmət Hacıyevin Tel-Əviv-Ankara xətti üzrə səfər trafiki də bundan qaynaqlanırdı, lakin rəsmi Bakı ilk uğurlu nəticədə olduğu kimi, ikinci cəhddə də məsələni ictimaiyyətləşdirməyib.
Əliyevin indi bunu ictimaiyyətləşdirməsini Azərbaycanın müttəfiqi və dostu arasında qarşıdurmada maraqlı olmadığını elan etməklə yanaşı, həm də Vaşinqtona mesaj kimi dəyərləndirmək olar.
Netanyahunun ABŞ səfərinin gündəliyinə İranın nüvə proqramı ilə yanaşı, Suriya üzərindən Türkiyə-İsrail toqquşması da daxil idi və Tel-Əviv Vaşinqtondan Ankara qarşısında dəstək istəyirdi. Tramp isə Ərdoğanı tərifləməklə bu qarşıdurmada tərəf olmaq istəmədiklərinin mesajını verdi, Türkiyə və İsraili anlaşmaya dəvət etdi. Vaşinqton tərəflər arasında vasitəçilik etməyə çalışacaq, lakin hər iki tərəfin ABŞ-dan gözləntiləri fonunda nəticə əldə etməsi mübahisəlidir. Əliyev Türkiyə-İsrail qarşıdurmasında Azərbaycanın müsbət nəticə əldə etdiyini və hazırda vasitəçilik missiyasını davam etdirdiyi faktını təqdim etməklə Tramp Administrasiyasına Bakının təcrübəsindən yararlana biləcəyi mesajını verir.
Mövcud vəziyyətdə - Suriyada toqquşma, Qəzzada baş verənlər fonunda Ankara-Təl-Əviv xəttində dialoq əldə etmək əvvəlki dövrlər müqayisədə mürəkkəb görünür. Hərçənd, İran faktoru Türkiyə-İsrail toqquşmasında dialoqun qurulması, qarşıdurmanın ən azı müəyyən müddətə təxirə salınması perspektivini önə çıxarır.
- İrana fokuslanan Tramp Administrasiyası regionda iki müttəfiqinin -Türkiyə və İsrailin toqquşmasını istəmir;
- İranın açıq hədəfə çevrilməsinə nail olan İsrail ABŞ-ın istəyi ilə Suriyada Türkiyəyə qarşı fəaliyyətini dayandıra, ən azı səngidə bilər;
Azərbaycan isə Türkiyə ilə İsrail arasında ABŞ-ın dəstəklədiyi dialoq mühtinin yaradılmasının praktiki işini – təmasların qurulması, diplomatik trafikin sıxlaşdırılması, danışıqlara ev sahibliyi etməsi və s. həyata keçirə bilər. Situasiyanın mürəkkəbliyinə rəğmən, Bakının Ankara-Tel-Əviv xəttində vasitəçilik səylərinin nəticə hasil etməsi heç də mümkünsüz görünmür.