vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
10:11 | 24 fevral 2022 | Cümə axşamı Məqaləyə 1218 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Münasibətlərimiz qaydasında deyil”

Rusiya-Azərbaycan bəyannaməsinə İrəvandan qısqanc baxış

MÖVZU İLƏ ƏLAQƏLİ

İrəvan ümid edir ki, Moskvada prezidentlər Vladimir Putin və İlham Əliyev arasında imzalanmış bəyannamə Ermənistan, Rusiya və Azərbaycan arasında imzalanmış üçtərəfli bəyanatların həyata keçirilməsinə əlavə təkan verəcək.

Jurnalist Azatutyun yazır ki, bunu Ermənistan XİN-in sözçüsü Vaan Unanyan deyib.

Unanyan əlavə edib ki, bu sənəd habelə Dağlıq Qarabağ münaqişəsinin Minsk qrupu həmsədrlərinin çərçivəsində çözümünə kömək edə bilər.

Sözçü bildirib ki, Ermənistan və Rusiya arasında buna bənzər müttəfiqlik əməkdaşlığı müqaviləsi, əgər bu Ermənistan-Rusiya müttəfiqliyinə hədə təşkil etmirsə, üçüncü ölkələrlə münasibətləri heç bir şəkildə şərtləndirmir.


İtki və iflas?


Lakin Ermənistan iqtidarının belə nikbin gözləntilərinə rəğmən müxalifət Rusiya-Azərbaycan bəyannaməsinin imzalanmasını rəsmi İrəvanın növbəti iflası hesab edir.

Keçmiş prezident Robert Köçəryanın Hayastan parlament fraksiyasının üzvü Artur Xaçatryan bu barədə deyib: “Rusiya ilə münasibətlərimiz əsaslı şəkildə iflasa uğrayıb. Bu sənəd də göstərir ki, münasibətlərimizdə nə isə qaydasında deyil. Bizim Avropa ilə münasibətlərimiz bundan heç də yaxşı deyil, bəlkə də daha pisdir”.

Serj Sərkisyana bağlı “Şərəfim var” fraksiyasının üzvü Ayk Mamicanyanın fikrincə bu sənədin imzalanması Ermənistan üçün böyük itkidir.

Deputatın sözlərinə görə Ermənistan Rusiyanın etibarlı müttəfiqinə çevrilə bilməyib: “Necə oldu ki, Rusiyanın Cənubi Qafqazda daha bir müttəfiq ölkəyə ehtiyacı oldu? Mənim bu barədə bizim XİN-ə və bizim xarici siyasətimizi aparan şəxsə çoxlu suallarım var”.