vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
TƏDBİR  
17:00 | 4 mart 2014 | Çərşənbə axşamı Məqaləyə 2721 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İP buraxıldı

Koordinasiya Şurası sonuncu toplantısını keçirdi

MÖVZU İLƏ ƏLAQƏLİ

İctimai Palatanın Koordinasiya Şurası (İP KŞ) 4 martda özünün sonuncu toplantısını keçirib. Toplantıda İctimai Palatanın fəaliyyətinə xitam verilməsi barədə hazırlanmış layihə müzakirə olunub. Musavat.com bildirir ki, iclas və onun nəticəsi barədə dönəm sədri İsa Qəmbərin media üçün yaydığı məlumatı əldə edib. Həmin məlumat təqdim edirik:

«İctimai Palata Koordinasiya Şurasının dönəm sədri İsa Qəmbər 04.03.2014-cü tarixdə Koordinasiya Şurasının toplantısını çağırıb. 

Toplantı keçirilməsi təşəbbüsü ilə dönəm sədrinə KŞ üzvləri Pənah Hüseyn, Zəfər Quliyev və digərləri müraciət ediblər. Təşəbbüsçülər toplantının keçirilməsini onunla əsaslandırıblar ki, İctimai Palata ətrafındakı qeyri müəyyənliyə rəsmən son qoyulmasına ehtiyac var. 

Dönəm sədri İsa Qəmbər KŞ iclaslarının keçirilməsinin qərarlaşmış praktikasına uyğun qayda və formada iclasın yeri, günü və vaxtını müəyyən etmiş və bu barədə bütün KŞ üzvlərini məlumatlandırıb.

04.03.2014-cü il tarixdə KŞ toplanıb. İP ətrafında yaranmış vəziyyətlə bağlı müzakirə aparılıb, müzakirələrdə KŞ-nın 17 üzvündən 7-i bilavasitə, 3 üzvü isə (Aqil Səmədbəyli, Mehriban Vəzir, Leyla Əliyeva) telefonla iştirak edib. 

KŞ bir sıra İP üzvlərinin KİV- lərdə dərc edilmiş mövqelərini, KŞ üzvlərinə bildirdikləri rəyləri, İP- in uzun müddətdən bəri fəaliyyətini de - fakto dayandırdığını, İP-in fəaliyyətinə xitam verilməsi barədə təklifə heç bir İP KŞ üzvü tərəfindən etiraz daxil olmadığını nəzərə alaraq aşağıdakı açıqlamanın verilməsini məqsədəuyğun sayıb: «2010- cu il parlament seçkilərində namizəd kimi iştirak etmiş şəxslər tərəfindən ölkədə köklü demokratik dəyişikliklərə nail olmaq məqsədi ilə təsis edilmiş İctimai Palatanın fəaliyyətinə rəsmən xitam verildiyi elan edilsin.

İctimai Palata ən yeni siyasi tariximizə siyasi partiya, vətəndaş cəmiyyəti, gənclik hərəkatı nümayəndələrinin, ictimai rəy liderlərinin, mütəxəssis və ziyalıların azad ədalətli seçki hüquqlarının təmin edilməsi, köklü demokratik dəyişikliklər, avtoritarizmdən demokratiyaya keçid məqsədi ilə birliyi və əməkdaşlığının özünəməxsus təcrübəsi kimi daxil olmuşdur. 

İlk dəfə olaraq İctimai Palata nümunəsində seçkilərdə verilmiş səslərə əsaslanaraq kölgə parlamenti tipli təsisatın yaradılmasına cəhd edilmişdi. Bu təcrübə dünyada maraqla qarşılanmışdı və beynəlxalq əhəmiyyət kəsb edir. 

İctimai Palata Azərbaycan demokratiyasının mübarizə ənənələrini davam etdirərək mövcud antidemokratik və korrupsiyaçı rejimə qarşı xalq müqavimətinin ən parlaq səhifələrindən olan, dünyada səs salmış kütləvi aksiyaları , onlarla siyasi məhbuslarının, yüzlərlə siyasi repressiyaya uğramış üzvlərinin fədakarlıqları, uğurlu intellektual və hüquqi mübarizə formaları, modern siyasi texnologiyaların tətbiqi ilə əlamətdar olmuşdur. 

İnanırıq ki, İP-in fəaliyyətinə xitam verilməsinə baxmayaraq onun təcrübəsi hələ uzun müddət ictimai - siyasi həyatımıza və azadlıq uğrunda mübarizəmizə müsbət təsirini göstərməkdə davam edəcəkdir».