vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
AVROPA  
02:44 | 13 aprel 2022 | Çərşənbə Məqaləyə 922 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Boris Conson cərimələnəcək

Britaniya baş naziri “BBC”nin yaydığı fotoların güdazına gedib

MÖVZU İLƏ ƏLAQƏLİ

Britaniyanın Baş naziri və Maliyyə naziri COVID-19 qapanmaları dövründə şənliklərdə iştirak etmək və ölkənin pandemiya qaydalarını pozmaqları səbəbindən cərimə ödəməli olacaq. Məlumatı aprelin 12-də Britaniya hökuməti yayıb.

Baş nazir Boris Conson və maliyyə kansleri Rişi Sunak hər ikisi 10 nömrəli Dauninq küçəsində və Nazirlər Kabinetinin ofisində 12 nəfərdən ibarət şənlikdə iştirak etmələri səbəbindən istintaq altındadırlar.

“Bu gün paytaxt polisi Baş və maliyyə nazirlərinə ödənməli olacaqları cərimə haqqında bildirişlər vermək niyyətində olduğu barədə xəbərdarlıq göndərib”, - deyə hökumət nümayəndəsi bildirib.

Polis bundan əlavə 50-yə yaxın adamın yığıncaqlara görə cərimə və ya digər cəzalarla üzləşəcəyini deyib.

Keçən aylarda ortaya çıxan “Partygate” qalmaqalı səbəbindən siyasi müxalifət Consonun istefasını tələb edib. Conson isə öz növbəsində baş verənlərə görə üzr istəyib və bunun işin bir hissəsi olduğunu düşündüyünü deyib.

“BBC” tərəfindən yayımlanan fotoşəkildə 2020-ci ilin may ayında Conson və digərlərinin Dauninq küçəsinin bağçasında toplaşaraq şərab içdikləri görünür. O vaxt ölkə vətəndaşlarına səbəbsiz olaraq evlərini tərk etməyə icazə verilmirdi, eləcə də açıq havada toplantılar məhdudlaşdırılmışdı.