
Dayaz sular strategiyası
Fransa polisinin miqrantlara müdaxilə taktikası – şişmə qayıqlar bıçaqla deşiləcək
Fransa polisinin miqrantlara müdaxilə taktikası – şişmə qayıqlar bıçaqla deşiləcək
Hindistanda qapalı qalan reaktiv təyyarənin sirri nədir?
Qatil tibb bacısı istintaqında 3 yeni həbs
Zavodun fəaliyyəti 90 gün müddətinə dayandırılacaq
TikTok trendinə qatılan 12 yaşlı uşaq dünyasını dəyişib
Hindistandakı qəza ilə bağlı araşdırma genişlənir
Hərbi maşınlara lazer silahları quraşdırılacaq
Son 10 ilin ən ölümcül qəzası ilə bağlı həqiqətlər ortaya çıxır
Xəstəxanaya kiberhücum xəstənin ölümünə səbəb olub
Böyük Britaniya Rusiya aktivlərinin gəliri müqabilində raketlər göndəriləcək
İngiltərə, Fransa və Almaniyadan İrana xəbərdarlıq
Müharibə hazırlığı planı haqqında nə məlumdur?
Göz qapağının sallanması, çəpgözlük, udma çətinliyi, nitqin pozulması, keyimə və ən qorxulusu iflic
İslamabad Tehrana qarşı Vaşinqtonu dəstəkləyəcəkmi?
Hansı ölkənin nüvə arsenalı daha sürətlə böyüyür?
Hindistanda doğum nisbəti aşağı düşdükcə təhsil ocaqlarının sayı azalır
Böyük Britaniyanın baş naziri Boris Conson Hindistana iki günlük səfər edib. Bu, Consonun baş nazir olduqdan sonra Hindistana ilk rəsmi səfəridir. Səfərdən əvvəl Londondan yayımlanan açıqlamada səfərin iki ölkə arasında əməkdaşlığı dərinlədşrimək məqsədi daşıdığı vurğulanıb. Boris Conson indiki iqtisadi çağırışlar və avtoritar dövlətlərin (böyük ehtimalla Rusiya və Çin nəzərdə tutulub) fəallığı fonunda dünyanın ən böyük demokratiyası kimi dəyərləndirilən Hindistana səfərinə böyük əhəmiyyət verdiyini bildirib. Conson söyləyib ki, iki dövlət arasında yeni iş yerlərinin açılması ilə yanaşı enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq da vacibdir.
Hindistan uzun illər Böyük Britaniyanın koloniyası olub. 1947-ci ildə müstəqilliyini qazanan Hindistan koloniyadan dünyanın ən böyük demokratik ölkəsinə doğru məsafə qət edib. Bu baxımdan Dehli də Boris Consonun səfərinə əhəmiyyət verib. Əslində Boris Consonun Hindistana səfəri ötən il reallaşmalıydı. Conson yanvarın 26-da Dehlidə Hindistanın müstəqillik tədbirinə qatılmalı idi. Ancaq artan pandemiya buna mane oldu. Daha əvvəl 1993-cü ildə Böyük Britaniyanın o zamankı baş naziri Con Meycer Hindistanın müstəqillik mərasiminə qatılmışdı.
İki dövlət aralarındakı ticarət mübadiləsini 2035-ci il üçün 36 milyard dollara çatdırmağı planlaşdırırlar. Azad ticarət zonasının yaradılması da müzakirə predmetidir. Böyük Britaniya Avropa İttifaqından ayrıldıqdan sonra müxtəlif dövlətlərlə azad iqtisadi zonaların yaradılmasıyla bağlı razılaşmalar əldə edib. Hindistan Böyük Britaniyanın yatırımlarında maraqlıdır. Bu əhalisi 1 milyard nəfəri aşan Hindistana yeni iş yerləri açmaq imkanı yaradacaq. Böyük Britaniya Hindistana yatırım edən ölkələr arasında altıncı sıradadır.
Boris Conson Dehliyə təklif edib ki, iki ölkə arasında müdafiə və xarici işlər nazirlərinin iştirakı ilə 2+2 formatında görüşlər keçirilsin. Bu cür format Hindistanla ABŞ, Avstraliya, Rusiya və Yaponiya arasında da mövcuddur. Rusiya-Ukrayna müharibəsi fonunda London Vaşinqton kimi Dehlinin Rusiya ilə münasibətlərdə diqqətli olmasını xahiş edib. Dehli artıq Rusiyadan neft alışının həcmini azaldıb. Buna baxmayaraq, Dehli Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmayıb. Boris Conson Hindistana işarə edərək demokratik ölkələrin birgə hərəkət etmələri vacibliyini bildirib.
Bu arada, Böyük Britaniya Hindistanla hərbi əməkdaşlığın inkişafına da ümid edir. London Dehliyə yeni qırıcı təyyarələrin istehsalını təklif edib. Zavod Hindistanda tikilməlidir. Bununla London istəyir ki, Dehlinin Rusiyanın hərbi texnikasından asılılığı azaltsın.