

Üçtərəfli sənədə sözardı və bir neçə suala cavab
Rusiyanın hücumu nəticəsində 17 dinc sakin ölüb, onlarla yaralanan var
Bəşər Əsədin Luqansk və Donetski separatçılarını tanıdığı üçün
Co Bayden: “Ukraynanı nə qədər lazımdırsa, dəstəkləyəcəyik”
Bayden: “NATO təkcə daha güclü yox, həm də daha yekdil olacaq”
Sanksiyalardan əvvəl fəaliyyət göstərən 20 müəssisədən indi cəmi 2-si işləyir
Rusiya Ukraynada çıxa bilməyəcəyi pusquya düşdü
Rusiyalılar katerlərlə qarnizonun qüvvələrini tələsik evakuasiya ediblər
Makron Moskvanı göz yaşlarına inandıra bilməyib
Bayden Ərdoğanı təriflədi
Uşaqlar müharibənin ağır yükünü daşımaqda davam edir
Əsas mövzu NATO və Ukraynadır
Boris Conson Putin haqda: “Bu, onun Ukraynada etdiyidir”
Ankara ehtiyatı əldən verməyəcək
Rusiya Ukraynaya təcavüz edəndən bəri keçirilmiş ən böyük əsir dəyişdirilməsi gerçəkləşib
“Promcomplektlogistic” Rusiyaya sanksiyalardan yayınmaqda kömək edib
Fransa prezidenti Emmanuel Makron Vladimir Zelenskiyə təkliflə müraciət edib ki, Putinin müharibəni bitirib də çəkilməsindən ötrü ona bir səbəb şərt vermək üçün Ukrayna ərazisinin heç olmasa bir azacıq hissəsindən keçsin ki, Putin, xalqına izah etsin.
V.Zelenski Makronun bu vasitəçiliyini mənasız hesab edərək, bəyan edib ki, o Putinlə şəxsən, heç bir vasitəçisiz görüşməyə, dialoqa hazırdır. Məlumata görə, Putin İyirmilik liderlərinin, “G 20”nin İndoneziyadakı sammitində iştirak edəcək. Bu sammitə Zelenski də dəvətlidir və orada bu iki münaqişə dövləti liderlərinin təkbətək görüşü planlaşdırılır. Hiss olunur ki, Putin artıq barışıq və müharibəni bitirmə meyllidir, səbəb axtarır.
Putinin əvvəlki hegemon ritorikası qalmayıb. Paraddakı çıxışını da gözlənildiyindən yumşaq və qeyri-aqressiv tonda etdi. Hətta həmişə nümayiş etdirilən qitələrarası nüvə raketləri də görünmədi. Heç bir texnika, plakatların üzərində də Ukraynaya hücumun simvolu “Z” işarəsi də gözə dəymədi. Digər tərəfdən, Kiyev ətrafından çəkilib, Donbasa tərəf yığılan rus ordusundan 2-ci hücum mərhələsi başlamadı və sakitləşib.
Belə gedişat nə ilə qurtarar? Müharibənin hər davam günü Rusiyaya ziyandır. Hərbi və həm də iqtisadi. Üstəlik, Ukrayna qoşununun bir ay müddətinə hərtərəfli komplektləşib, çox şiddətli əks-hücuma keçmə riski var. Zelenski özünü zəif göstərib danışıq, barışığı istəməsi bir, baş qatan hiylədir. Ordu döyüşə hazırlaşır!
Bu halda məncə hər şey barışığa doğru gedir. Həm də yəqin, Rusiyanın geriyə çəkilməsi ilə. Özü də 24 fevrala qədərki və bəlkə də 2014-ə qədərki, yəni Donbası təhvil vermə mövqeyinə. Hər müharibənin nəticə şərti var, qumar kimi. Bu müharibəni başlayan Rusiya Donbası kart kimi ortaya qoyub. Ya qalib gəlib azı, Donbas qədər də ərazi götürməli idi Ukraynadan, ya, qalib gələ bilmirsə, Donbası təhvil verməlidir.
Necə, ermənilər Dağlıq Qarabağ muxtarlığını oyuna qoyub, dövlət etmək istəyib, risk edib müharibə etdilər, alınmayanda DQ muxtarlıq statusunu da uduzdular. Necə deyərlər, “İt də getdi, ip də getdi!”. Tarixdə, digər savaşlarda da belə olub. Almaniya ərazi savaşı apardı və uduzub öz ərazisini də (Kalininqrad) uduzdu. Ukrayna savaşında da o cür, kimsə itirməlidir.
Məncə, Rusiya da Donbası təhvilə hazırdır və bu nəticə ola biləcəyini müharibədən az əvvəl Donbas əhalisini vətəndaşlıq verib, Rostov və sair şəhərlərə kütləvi köçürəndə hesablamışdı. Və zənnimcə, Donbas tam qaytarılıb, bir Krım məsələsi gələcəyə qala bilər, mübahisəli kimi.
Krım isə, mən xəyalən əvvəl də qeyd etmişəm ki, ola bilsin, ayrıca dövlət statusu alsın. Yəni, mübahisədə Krımın nə Rusiya, nə Ukraynaya qalmaması şərti ilə razılaşıb sakitləşərlər. Yəni Rusiya gələcəkdə məcbur Krımdan çıxası olsa, onun Ukraynaya keçməsindənsə, müstəqilliyi şərtini irəli sürə bilər. Elə Ukrayna da, Krımın Rusiyada qalmasındansa, müstəqilliyini istər.
Belə halda isə, məsələ beynəlxalq hüquqla və BMT ilə həllini tapar, yerli xalq-Krım Tatarları tarixi hüquqlarınin və suverenliyin bərpası ilə. Mənim bilgimə görə, Türkiyə, Ərdoğan da bu yolda, Krım üçün xeyli çaba fəaliyyət göstərir. Həm, Rusiya və Ukrayna, həm Qərbə təsirlə. Ərdoğan bu arada güclü və intensiv gedişlər aparır. Cənubi Qafqaz, Orta Asiya, həm Krım üzrə.
P.S.: Zənnimcə, savaş başlanandan Ərdoğanın apardığı Rusiya, Ukrayna, Qərb arası müxtəlif gedişlərinin kökündə də Krımı ayırmaq durur, yaranmış belə tarixi fürsətdən yararlanmaqla.
P.P.S.: Bu arada isə, Türkiyə İsveç və Finlandiyanın NATO-ya qəbulunu dəstəkləməyib sensasiya xəbəri yayıldı. Bildirib ki, bu məsələni əvvəlcə öyrənməlidir. Yəqin ki, sonda veto qoyulmayacaq. Bunun arxasında nəsə güclü maraq gedişi var.