
Yeni böyük düşmən kimdir?
“Rusiyanın ən böyük düşməni” 13 ildən sonra dəyişdi
“Rusiyanın ən böyük düşməni” 13 ildən sonra dəyişdi
Peskov ABŞ-a niyə təşəkkür etdi?
Rusiyanın çəkinəcəyi heç bir ölkə, heç bir güc qalmadı
Rusiyanın Ukrayna ilə bağlı ABŞ və Böyük Britaniyadan tələbi
Böyük Britaniyadan Ukraynaya 100 minlik PUA yardımı
Yeni rus romanları müharibəyə çağırır
Rusiya Almaniyanı vurmaqla hədələyir, Merz isə Kiyevə dəstəyi artırır
Keçmiş MKİ rəhbərinin Rusiya ilə bağlı ilginc iddiaları
ABŞ Rusiyaya qarşı əlavə sanksiyalarla bağlı xəbərdarlıq edib
Rusiya PUA tədqiqatlarını təhsil sisteminə məcburi fənn kimi əlavə edir
Kremlin fövqəlgüc hesab etdiyi raketlər 6 nüvə başlığı daşıya bilir
Almaniya Ukraynaya dəstəyini davam etdirir
Ukrayna 2 il vaxt verir
Məbləğin 65 faizi AB üzvü ölkələrdən alınan silahlara xərclənməlidir
Rusiya ukraynalı nazirin Bakıya gəlişini niyə həzm edə bilmir?
Zelenski hökuməti Romada keçiriləcək Ukraynanın Bərpası Konfransında Azərbaycanın da iştirakını istəyir
Mayın 5-də Moskvadan 70 km cənubda yerləşən Tula şəhərindəki 40 saylı məktəbin şagirdləri Z şəklində düzülərək Rusiya ordusuna dəstək nümayiş etdiriblər. Latın əlifbasının “Z” və “V” hərfləri Rusiya hökumətinin Ukraynada apardığı müharibənin simvoluna çevrilib.
Bu “fləşmob”un videosu yerli mediada və məktəbin sosial media hesablarında yayılıb.
Bir neçə gündən sonra məktəbin direktoru Svetlana Qnidinanın adı, iş kontaktı və fotosu bir Telegram kanalına yerləşdirilib.
***
Bir fəal uşaqları “müharibə propaqandası”ndan cəlb edən məktəblər haqda informasiyanı yığaraq dərc etdiyini deyir.
“Oni Za Voynu!” (Onlar müharibə tərəfdarıdırlar) adlı “Telegram” kanalını həbsdə olan siyasətçi Aleksey Navalnının Saratov regionundakı keçmiş koordinatoru, 36 yaşlı Dmitri Tsibiryov yaradıb.
Tsibiryov 2021-ci ildə, Navalnıya bağlı qurumlar “ekstremist” elan ediləndə və hüquq mühafizə orqanları müxalifətçi üçün işləmiş şəxslərə qarşı cinayət işləri açmağa başlayanda Rusiyadan gedib.
Tsibiryov müsahibəsində uşaqların Ukraynada müharibəyə dəstək nümayişlərinə cəlbini “biabırçı mənəvi cinayət” adlandırıb. Onun sözlərinə görə, bu, adamların nümayişlərə məcbur edilməsinə qarşı qanunun, eləcə də məktəblərdən siyasi məqsədlər üçün istifadəni yasaqlayan Təhsil haqqında qanunun pozulması deməkdir.
***
“Layihənin təsisçisi kimi mən, azından bu direktorlara qarşı inzibati cəza tətbiqi istəyirəm, məsələn, onların vəzifəsindən çıxarılmasını, uşaqlarla işləməsinin yasaqlanmasını. Bu indi real görünmür, ancaq bu ölkədə dəyişiklik, hətta gözlənilməz dəyişiklik baş verə bilər. Bu databaza o zaman faydalı olacaq”, – Tsibiryov vurğulayıb.
Prezident Vladimir Putin fevralın 24-də Ukraynaya hücum əmri verəndən Rusiya rəhbərliyi müharibəyə ictimai dəstəyi səfərbər edib. Hakim Vahid Rusiya partiyasının yerli qanadları müxtəlif fləş-moblar, məktubyazma kampaniyaları, digər vətənpərvərlik göstərilərinə start verib.
Tsibiryov deyir ki, belə aksiyalara cəlb olunan uşaqların valideynlərinə nadir hallarda öncədən bu haqda məlumat verirlər. Ancaq hətta bundan xəbər tutan valideynlər belə şikayətlənməyə meylli olmurlar, “çünki övladlarına problem yaratmaq istəmirlər”.
***
Fəal vaxtilə zəif görmə qabiliyyətli və inkişaf problemləri olan uşaqlar üçün xüsusi məktəbdə bir il dərs deyib. O danışır ki, həmin məktəb propaqandaçıların yuvasına çevrilib, hətta bu uşaqları istismar edirlər.
“Mənim övladım yoxdur, amma bilirəm ki, uşaqlar ölkəmizin gələcəyidir”, – deyən fəal hazırda Ukraynada vuruşan əsgərlərin vaxtilə “Putinin hakimiyyəti dövründə məktəbə gedən uşaqlar” olduqlarını sözlərinə əlavə edib. Putin 1999-cu ildən Rusiyanın prezidenti, ya da baş naziri olub.
“Onlar illərlə hərbi propaqanda ilə böyüdürlər, indi isə Ukraynada savaşaraq ölürlər. Bu günün beşincilərini, digər sinif şagirdlərinin... bir neçə ildən sonra növbəti müharibəyə yollanmasını görmək istəmirəm”, – Tsibiryov deyir və Rusiyanın təhsil sistemində “hərtərəfli islahatlar”ın gərəkdiyini vurğulayır.
Fevralın sonunda Ukraynaya hücuma başlayan Rusiya Qərbin ağır sanksiyaları ilə üzləşib.