Daha ucuz, dəqiq, itkisiz
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
17:16 | 14 may 2022 | Şənbə
Məqaləyə 1251 dəfə baxılıb
Şriftin ölçüsü
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Bomba hərbi qarnizonun poçt qutusuna yerləşdirilib
Rusiyanın Qara dənizdəki limanına bir həftədə ikinci hücum
Zelenski qeyd edib ki, danışıqlara nüfuzlu beynəlxalq vasitəçilər cəlb edilib, amma o ətraflı açıqlama verməyib. Ukrayna rəsmisinin sözlərinə görə, söhbət 60-dək ağır yaralı hərbçi və həkimlərdən gedir.
Ukrayna prezidenti Vladimir Zelenski Mariupol şəhərindəki “Azovstal” polad zavodunda mühasirədə olan yaralı əsgərlərin, əsir mübadiləsi çərçivəsində təxliyəsi ilə bağlı çox çətin danışıqlar aparıldığını bildirib.
“Reuters”in mayın 14-də verdiyi məlumata görə, o bunu gecə saatlarında etdiyi müraciətdə deyib.
“Hazırda evakuasiya missiyasının növbəti mərhələsi-ağır yaralılar və tibb işçilərinin çıxarılması ilə bağlı çox çətin danışıqlar gedir”, deyə Zelenski bildirib.
O, qeyd edib ki, danışıqlara nüfuzlu beynəlxalq vasitəçilər cəlb edilib, amma ətraflı açıqlama verməyib.
Ölkənin cənub-şərqində yerləşən Mariupol şəhəri hazırda Rusiya ordusunun nəzarətindədir.
Amma şəhərdəki polad zavodunda hələ də yüzlərlə ukraynalı döyüşçü var. Onlar Ukraynanın “Azov” alayının döyüşçüləridir.
Ukraynanın baş nazir müavini İrina Vereşçuk da mayın 14-də yerli televiziyaya bildirib ki, hazırda əsas səylər ağır yaralılar və tibb işçiləri də daxil olmaqla 60-a yaxın adamın təxliyəsinə yönəlib.
“Reuters”in məlumatına görə, Azov alayının komandir müavini Svyatoslav Palamar mayın 14-də bildirib ki, onun qüvvələri bacardıqca müqavimət göstərməkdə davam edəcəklər.
Qeyd edək ki, Mariupol Rusiyanın Ukraynaya hücumunda ən çox dağıdılmış şəhərdir.
Ukrayna rəsmilərinin sözlərinə görə uzun həftələr mühasirədə qalan şəhərdə 10 minlərlə dinc sakin ölüb.
Amma hələlik bu rəqəmi digər mənbələr tərəfindən tam təsdiqləmək mümkün olmayıb.
Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.
Beynəlxalq aləm Moskvanın bu addımını pisləyir və öz qoşunlarını Ukraynadan çıxarmağa çağırır.