
Piton Putin və ...
... zəhərli siyasət
... zəhərli siyasət
Kremlin Mariya Zaxarovanı Bakı və İrəvanın üzərinə qısqırtması acı gülüş doğurur...
Etirazlar Kiyevi qərarını dəyişməyə məcbur etdi
Zelenski sənədi imzaladı
Fransada liderlərə dəstək tarixi minimumda
Rusiyadan Azərbaycana qarşı yeni isteriya başlayıb
Putin səhvlərinin bədəlini ödəməyə hazır olmalıdır
Fransada hərbi xidmət geri qayıdır
Makronun xanımı onun əlini niyə havada qoydu?
Makron cütlüyü arasında daha bir böhran, arvadı ərinə məhəl qoymadı
Fransada hər 10 nəfərdən 8-i Baş nazir razı deyil!
Ukrayna prezidenti Zelenski ABŞ prezidenti Trampla görüşüb
“Müttəfiqlər arasında ticarət müharibəsi cəfəngiyatdır”
Fransa prezidenti qalıq yanacaqlarla bağlı susması ekoloqları məyus edir
Öz sözlərinə istinad etsək, Fransa prezidentinin ya mənəviyyatı çatmadı, ya da məsuliyyəti
... Niyə erməni separatizminə “hə”, rusa “yox” deyir...
Fransa prezidenti Emmanuel Makron Ukraynaya öz suverenliyi hesabına güzəştə getməyi təklif edib ki, Rusiya prezidenti Vladimir Putin bu böhrandan “üzü sulu” çıxsın. Bunu İtaliyanın “Rai 1” telekanalına müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenski deyib.
Zelenski bunun “çox da nəzakətli təklif olmadığını” vurğulayıb. O bildirib ki, “Ukrayna kiminsə üzünün sulu qalması üçün ərazilərini itirə bilməz”.
Zelenski bu söhbətin hansı şəraitdə baş verməsindən və Makronun güzəşt ricasının konkret mahiyyətindən danışmayıb.
Makron son dəfə Moskvaya və Kiyevə fevral aylında, hələ Moskvanın Ukraynaya qarşı əsassız və səbəbsiz müharibəsi başlanmazdan əvvəl səfər etmişdi.
***
O vaxtkı media xəbərlərində deyilirdi ki, Makronun Putindən Zelenskiyə təklif çatdıracağı gözlənilir.
Söhbət ilk növbədə Minsk razılaşmalarının təfsir olunmasından gedirdi.
Müharibə Makronun səfərindən düz iki həftə sonra baş verib.
Zelenski müsahibəsində deyib ki, “Emmanuelin diplomatik reveranslar etməsinə ehtiyac yoxdur”.
Ukrayna prezidentinin fikrincə, “Putinin üzünün suyunu saxlamaqdansa, Rusiyanın bir dövlət kimi saxlanması barədə düşünmək lazımdır”.
***
Vladimir Zelenski bildirib ki, o əvvəlki kimi Putinlə görüşməyə hazırdır, amma bu görüş heç bir ön şərt və ultimatumlar qoyulmadan baş verməlidir.
Kremlin sözçüsü Dmitri Peskov mayın 13-də deyib ki, belə bir görüş hər hansı müzakirələr üçün deyil, yalnız sənədlərin imzalanması üçün keçirilə bilər.
Bəzi Rusiya rəsmiləri habelə Moskvanın Ukraynanın Avropa İttifaqına üzvlüyünə dair fikrinin dəyişdiyini bildirirlər.
Onlar deyirlər ki, indiki vəziyyətdə Moskva Ukraynanın Aİ-yə qoşulmasına qarşıdır.
Mayın 12-də Emmanuel Makron bildirib ki, Ukraynanın Aİ üzvü olması üçün çox uzun zaman lazım gələcək.