
Şimali Koreyanın ballistik raket sınağı
“100 km hündürlüyə qalxıb 800 km məsafə qət edib”
“100 km hündürlüyə qalxıb 800 km məsafə qət edib”
10 ölkədən birgə bəyanat
Asiya ölkəsində ölənlərin sayı yeni doğulanlardan iki dəfə çox olub
Nəhəng çuxur yük maşınını “udulmuşdu”
Dil, üslub hadisəsi var, amma nəsr hadisəsi yoxdur
Bununla vacib infrastruktur və ərazilər təbii fəlakətdən xilas olacaq
Döyüş gəmiləri üz-üzə gəldi
İslandiyada ən böyük ov şirkəti tələbatın azlığı səbəbindən ikinci ildir ova çıxmır
Yaponların bizə danışmadığı bir hekayə...
Gizli Android müqavilələri ortaya çıxdı
Əhalinin azalması sürətlənir
3 nəfər ölüb
Yaponiya qeyri-ingilis, qeyri-çin süni intellekt modelləri üçün AB-dən kömək axtarır
Tokio inflyasiyası gözləntiləri üstələdi
Hakamata dünyanın ən uzun ömür sürən edam məhbusu kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb
Çinin dənizlərdə artan hərbi gücü Filippin və Yaponiyanı ciddi narahat edir
Bazar ertəsi axşam Tokioda Yaponiyanın keçmiş Baş naziri Şinzo Abenin dəfnindən bir gün əvvəl anım mərasimi keçirilib. Yaponiyanın müharibədən sonrakı ən görkəmli siyasi xadimlərindən biri, keçmiş baş nazir Şinzo Abe cümə günü seçki kampaniyasında çıxışı zamanı döş qəfəsinə vurulan güllə ilə öldürülüb.
67 yaşlı Abe əl istehsalı tapança ilə vurulduqdan sonra aldığı yaradan Nara prefekturasındakı xəstəxanada dünyasını dəyişib. Bu hadisə silahla sui-qəsd hadisəsinin son dərəcə nadir olduğu Yaponiyanı şoka salıb.
41 yaşlı şübhəli Tetsuya Yamaqami ölkənin Özünümüdafiə Qüvvələrinin keçmiş üzvüdür.
Polis Yamaqaminin Abenin onun anasının maliyyə itkisində günahlandırdığı dini qrupla əlaqəsi olduğuna inandığını bildirib.
Cənubi Koreyanın Birlik Kilsəsi bazar ertəsi Yamaqaminin anasının kilsənin üzvü olduğunu təsdiq etsə də, ondan böyük məbləğdə pul alındığını inkar edib.
Nə şübhəli, nə də Abe kilsənin üzvü olub. Lakin belə görünür Yamaqami Abenin həmin kilsəyə üzv olduğuna inanıb.
Abe uzun illər ərzində kilsənin sülhü təşviq edən səylərini dəstəkləyib.
Abenin ölümü Yaponiya siyasətində boşluq yaradacaq. Həm hakimiyyətdə olduğu iki müddət ərzində, həm də ondan sonra Abe ölkənin inkişaf istiqamətinə böyük təsir göstərib. O, Çinin artan gücünə qarşı durmağın və ölkəsinin hərbi büdcəsini artırmağın əsas tərəfdarlarından idi.