vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
TOP OYUNLARI  
12:48 | 2 aprel 2014 | Çərşənbə Məqaləyə 1788 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Syominə iradımız yoxdu»

«Şansımız qalır»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Qəbələ»nin vitse-prezidenti Fariz Nəcəfov klub rəhbərliyi tərəfindən qarşısına qoyulmuş tapşırıqları hələlik yerinə yetirə bilməyən komandanın baş məşqçisi Yuri Syominə münasibətdə dəstək nümayiş etdirib. Futbolinfo.az xəbər verir ki, o, Rusiya mətbuatına açıqlamasında bunları söyləyib:

«Yuri Pavloviçə heç bir iradımız yoxdu. Düşünürəm ki, hər şey yaxşı olacaq və qələbələrin ardı gələcək. Bizim avrokuboklara düşmək şansımız hələlik qalır».

Syomin «Qəbələ»nin sükanı arxasına 2013-cü ilin may ayında keçib. Rusiyalı mütəxəssisin növbəti mövsümdə komandaya rəhbərlik edəcəyinə dair suala Nəcəfov belə cavab verib: «Bu haqda biz hələlik heç bir qərara gəlməmişik».

Nəcəfov qışda icarə əsasında «Portu»dan «Qəbələ»yə keçmiş Marat İzmaylov haqda da danışıb: «O, tədricən idman formasını yığır. Son oyunlarda fiziki formasında çatışmazlıq səbəbi ilə iştirak etməyib. Hər halda, mövsümün ilk yarısında Marat «Portu»da demək olar ki, oynamayıb».

«Qəbələ»nin 2014-cü ildəki uğursuz nəticələrini Nəcəfov aparıcı futbolçuların bəzilərinin qışda idman formasının itirməsi ilə əlaqələndirib.