vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
MEDİA-QHT  
18:40 | 2 aprel 2014 | Çərşənbə Məqaləyə 2581 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ukrayna kanalları «Azərspace-1»də

5 kanal MPEG-2 standartında yayımlanacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın peyk operatoru «Azərkosmos» ASC və Ukraynanın «Ukrkosmos» şirkəti arasında bir sıra Ukrayna televiziya kanallarının «Azərspace-1» peyki vasitəsilə Avropa və Mərkəzi Asiya regionlarında, eləcə də Yaxın Şərqin bir neçə ölkəsində yayımına dair saziş bağlanıb.

«APA-Economics»in Rabitə və Yüksək Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, «UTR», «Kultura», «Lvov TV», «KDRTK» və «ÇP INFO» kimi TV kanallarının daxil olduğu paket MPEG-2 standartında yayımlanacaq.

Qafqazda yeganə peyk operatoru olan «Azərkosmos» ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir.

Qeyd edək ki, ötən ilin fevral ayında orbitə buraxılmış və «Azərkosmos» tərəfindən idarə edilən «Azərspace-1» peyki 46 dərəcə Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.