 
                                HÜNDÜRLÜK!
6 yaşlı qızcığazın görə bildiyini görməyənlər
 18:50 | 13 fevral 2017 | Bazar ertəsi
                Məqaləyə 2153 dəfə baxılıb
                
                Şriftin ölçüsü
            					
            	
                18:50 | 13 fevral 2017 | Bazar ertəsi
                Məqaləyə 2153 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                 
                 
                	
                
                 
                                6 yaşlı qızcığazın görə bildiyini görməyənlər
 
                                Avropada qatar biletləri təyyarədən 26 dəfə bahadır
 
                                “Yaxşı başlanğıc artıq işin yarısı deməkdir”
 
                                Azərbaycan türk dövlətlərinə xüsusi töhfə verir
 
                                Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
 
                                Hafizəmizdən silinməyəcək mənzərə
 
                                ... Himn boyda adam
 
                                ... Yaxud Vaşinqton görüşü və Azərbaycanın sülh gündəmi
 
                                ... suyu bulandırmağa çalışmasın
 
                                Bakı və İrəvan barışa yaxınlaşaraq Moskvanı Cənubi Qafqazdan uzaqlaşdırır
 
                                Rusiya Cənubi Qafqazdan sıxışdırılır
 
                                Birbaşa aparılan danışıqlarda irəliləyiş əldə olunub
 
                                Azərbaycan-Ermənistan arasında ən kritik görüş başladı
 
                                Sülh müqaviləsi imzalanacaqmı?
 
                                İlham Əliyevlə dost olan BƏƏ liderinin Paşinyanla da münasibəti yaxşıdır
 
                                Pezeşkianın Azərbaycana səfəri şovinistləri odlandırıb
Prezidenti İlham Əliyevin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında imzaladığı sərəncamla Azərbaycanda 2 nazirlik birləşdirildi.
Sərəncama uyğun olaraq Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.
Bu halda Ziya Məmmədov faktiki olaraq nazir postundan uzaqlaşdırılmış oldu.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a açıqlamasında bunu ölkədə başlanan struktur islahatlarının növbəti dalğası kimi dəyərləndirib:
«Cənab Prezidentin sərəncam və göstərişlərinə əsasən, struktur islahatları davam etdirilir. Faktiki olaraq son vaxtlar Nəqliyyat Nazirliyinin tabeliyində olan bütün idarə və təşkilatlar ya sərbəst işləyirdilər, ya da məhdud məsuliyyətli cəmiyyətə çevrilmişdilər. Buna misal olaraq da «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətini göstərmək olar. Bu qurum nazirlikdən ayrıldıqdan sonra Cavid Qurbanovun sədrliyilə çox böyük inkişaf yoluna qədəm qoydu. Eləcə də «Azəravtoyol» ASC».
Parlament üzvü islahatların davamlı olacağını bildirib:
«Bu, hazırki şəraitdə həm ölkənin inkişafı, həm də büdcəyə qənaət edilməsi baxımından çox lazımlı məsələdir. Azərbaycanda nazirliklərin, komitələrin sayı həddindən çoxdur. Bu strukturların sadələşdirilməsinə çox böyük ehtiyac var. Cənab Prezidentin atdığı bu addımları yalnız alqışlamaq olar».