 
                                Bakı metrosu sərnişinlər üçün bağlıdır
Avtobuslar isə pulsuz işləyir
 20:20 | 8 dekabr 2016 | Cümə axşamı
                Məqaləyə 1946 dəfə baxılıb
                
                Şriftin ölçüsü
            					
            	
                20:20 | 8 dekabr 2016 | Cümə axşamı
                Məqaləyə 1946 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                 
                 
                	
                
                 
                                Avtobuslar isə pulsuz işləyir
 
                                Sabah gecə 2-dən səhər 8-ə qədər...
 
                                Texniki işlər gecə saatlarında aparılacaq
 
                                «Rabitə işi»ndə təqsirləndirilən şəxslər son söz deyib
 
                                Elton Məmmədovun 80 milyon dollarlıq mülkünü kim aldı?
 
                                Nazirlik açıqlama yaydı
 
                                ... Və ya böyük dövlətlərin gizli maraqları
 
                                Azərbaycandakı bütün müxalifət saytları bloklandı
 
                                Bakı Beynəlxalq Avtovağzalı Elton Məmmədovdan alındı, bu dəfə nazirliyə verildi
 
                                «Kompleksin əvvəlki rəhbərliyi də yenidən öz iş yerinə bərpa edilib»
 
                                Eldar Mahmudovun qohumu məhkəmədə ifadə verdi: «10 milyon mənimsəmə yazıblar, ...»
 
                                Bakının mərkəzində pulsuz «Wi-Fi» xidməti işə başlayır
 
                                Ziya Məmmədov mütaliəyə başlayıb, Quranı təhlil edir
 
                                Nəqliyyat sektorunda yoxlamalar; Ziya Məmmədovun kardlarına son xəbərdarlıq
 
                                Tapdığınız və ya itirdiyiniz əşyalar üçün hara müraciət etməlisiniz?
 
                                Azərbaycana turist axınının sürətləndirilməsi ilə bağlı...
Son zamanlar Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) tabeliyində olan «Bakinternet» provayderinin xidmətində yaranan fasilələrlə bağlı abunəçilər tərəfindən müraciətlər olunur.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, abunəçilərin qarşılaşdığı internet sürəti və kəsintilərlə bağlı problemlərin aradan qaldırılması üçün BTRİB tərəfindən cari ilin əvvəlindən Bakı şəhəri üzrə kabel-kanal infrastrukturunda əsaslı təmir işləri aparılır:
«Abunəçilərin diqqətinə çatdırırıq ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi daxili imkanları hesabına kabel-kanalizasiya quyularında profilaktik təmir-bərpa işlərini davam etdirir. Belə ki, istismar müddəti bitmiş və zavod istehsalatı dayandırılmış qurğuşun qoruyucu qatlı TQ tipli kabellər müxtəlif səbəblərdən yararsız vəziyyətə düşdüyündən onlar zədəyə davamlı xüsusi örtüklü, müasir standartlara cavab verən optik kabellərlə əvəz edilir. Digər tərəfdən, dəyişkən hava şəraiti zamanı hava rabitə xətlərinin qırılması və sıradan çıxması halları baş verir ki, bu da rabitə xidmətlərinin təminatı zamanı fasilələrin yaranmasına və ya xidmətin dayanmasına səbəb olur. Bu məqsədlə hava rabitə xətlərinin dirəkləri yenilənir, optik kabellər küləyə davamlı troslu fiber-optik kabellərlə, dirəklərdən və paylayıcı şkaflardan abunəçiyə xidmət göstərən rabitə xətləri isə yeni simmetrik kabellərlə əvəz edilir.
Aparılan təmir işləri zamanı müvafiq ərazilərdə abunəçilərin internet təminatında fasilələr yaranır. BTRİB bununla bağlı abunəçilərin öncədən məlumatlandırılmasını təmin edir. Təmir-bərpa işləri müddətində rabitə xidmətlərinin müvəqqəti dayandırılması barədə abunəçilərə avtomatlaşdırılmış anons zəngləri edilir və müvafiq binaların girişlərində elan lövhələri yerləşdirilir».
Binəqədi, Hövsan, Sabunçu, Ramana, Keşlə, Balaxanı, Maştağa və Binə EATS-lərinin ərazilərində nasazlıqların aradan qaldırılması istiqamətində aparılan tədbirlərin 2017-ci ilin ilk rübündə yekunlaşacağı gözlənilir.
BTRİB yaranan müvəqqəti narahatlığın abunəçilərin daha keyfiyyətli xidmət almasına yönəldiyini bir daha istifadəçilərin diqqətinə çatdırır və onların istənilən sualla bağlı «155 çağrı mərkəzi»nə müraciət edə biləcəyini bildirir.
Qeyd edək ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin xidmət ərazisində 17736 ədəd kabel-kanal quyusu mövcuddur. Artıq 7459 quyu texniki normalara uyğun vəziyyətə gətirilib.