
“Səs Fərhad Əhmədovundur”
Biznesmenin köməkçisi hər şeyi danışdı
Biznesmenin köməkçisi hər şeyi danışdı
Eks-nazirlər mətbuatdan niyə qaçırlar?
Sabiq nazirin qardaşı danışdı
Avtobuslar isə pulsuz işləyir
Bakıdakı bir olayın mümkün pərdəarxası - təxribat, yoxsa...
Ziya Məmmədovun və qohumlarının ziddiyyətli yanğın açıqlamaları
Ziya Məmmədovun malikanəsi yandı
Hökumət Evində Ziya Məmmədovun adamı olan keçmiş icra başçısı işçiləri otaqdan qovub polisə verdi
Saleh Məmmədov daha dövlət məmuru deyil...
Məmmədovlar «Hafka»nın klubunun ərazisini əlindən aldı
Rəsizadənin bütün iddialara rəğmən vəzifədə qalması onun özünə bağlı məsələ deyil, zamanını gözləməyə məcburdur
Tanrı cəhənnəmini canında yaşayan qanqster - xərçəng, vərəm, şəkərli diabet, bərbad ciyərlər
Sabiq nazirin biznes şəbəkəsi ilə intihar edən iş adamının ticarət obyektinin bağlılığı üzə çıxır
Yaşar Məmmədov Mübariz Ağayevin taleyini yaşadı, növbədə Lütfəli Babayev, Mənsur Məmmədovdur
Vəzifəli şəxsin yaxın qohumu Bakıdakı 6 evini arvadının adına keçirdi, yenə köməyi olmadı
Ziya Məmmədovun oğlu Türkiyədəki yaxtasını satışa çıxartdı
Ölkə prezidentinin sərəncamı əsasında Nəqliyyat Nazirliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək, onların bazasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradıldı. Nəticədə yeni nazirliyə təyinat almayan keçmiş nəqliyyat naziri Ziya Məmmədov vəzifə pilləsindən uzaqlaşdırıldı.
Bəziləri Ziya Məmmədovun yeni vəzifəyə gətiriləcəyini iddia etsələr də, gözləntilər reallaşmadı.
Modern.az saytı aradan keçən müddəti nəzərə alaraq Ziya Məmmədovdan yeni açıqlama almağa çalışsa da, sabiq nazir telefonlara cavab verməyib. Eks-nazirin qardaşı, sabiq deputat Elton Məmmədov isə əməkdaşımızın sualına cavab olaraq deyib ki, Ziya müəllim hazırda istirahət edir.
«Çünki uzun müddət gərgin iş qrafikində işləyən insan olub. Ona görə də hazırda vaxtını istirahətə sərf edib. Mütaliəyə geniş vaxt ayırıb. Bildiyiniz kimi, Ziya müəllim müqəddəs Qurani-Kərimi kifayət qədər oxuya, təhlil edə bilir. Düşünürəm ki, bu da xoş olan bir işdir. Həmçinin, ailəsinin, doğmalarının yanında istirahət etməyin özü də yaxşı bir haldır».
«Ziya Məmmədovu yaxın vaxtlarda hansısa sahədə görə bilərikmi» sualına Elton Məmmədov belə cavab verib.
«Ziya müəllim sağlam düşüncəli, potensiallı, intellekti yüksək olan insandır. Yəqin ki, 10-15 gün istirahət edəndən sonra hansısa sahəni seçmək məsələsində qərar verər. Amma onun yerinə mən konkret nəsə deyə bilmərəm».