

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı, bildiyiniz kimi, 4 ildən artıqdır, Biznes etikası mövzusunun təbliğatı ilə məşğuldur. İlk təlimlər layihələr çərçivəsində həyata keçirilmişdir. Lakin gənclərin yüksək maraqlarını gördükdən sonra, bu mövzunu daha da genişləndirərək, internet tv-lərdə veriliş formatında təlim hazırlamağa başlanılmışdır.
Müxtəlif mövzularda hazırlanan
təlim-verilişlərdə, nəinki, etik qaydalar, həm də fərdi inkişafa dair biliklər
verilir. CV necə yazılmalıdır, işə qəbul zamanı müsahibədən uğurlu nəticə almaq
üçün nə etmək lazımdır, həmçinin, diplomatik protokol qaydaları, geyim və
dress-kod, uğurlu düşüncənin formalaşması və digər xüsusi mövzular daha geniş
auditoriyaya açıqlandı və bu gün yüksək reytinqlə izlənməkdə davam edir. Bu
göstərici çox sevindiricidir. Çünki bu təlimləri izləyən auditoriya inkişafa
doğru seçim edənlərin yoludur. Bu yolda kəmiyyət etibarilə say artdıqca,
keyfiyyət göstəricisinin yüksəlişini də izləmək olur. Bildiyiniz kimi,
«Eurovision-2012» Azərbaycan, «İGF- 2012» Bakı kimi beynəlxalq tədbirlərdə
Beynəlxalq etiket üzrə rəsmi təlimçi olmuşdum. Ümumi birləşdirsək, 2000-dən
artıq könüllü xidmət və işçi heyətinə təlim demişdim. Müşahidələrim və
nəticələrim onu göstərdi ki, daxilimizdə olan mədəniyyəti, olduğu kimi təqdim
edə bilmək istəyimiz və bacarığımı var. Milli kimliklə bərabər, beynəlxalq
etiketi təqdim edə bilmək qabiliyyəti də əvəzedilməz müsbət təəssürat yaradır
və yaddaşlarda qalır.
Özünü doğru ifadə edə bilmək
qabiliyyətinə malik olmaq üçün hazırda təlimlərimiz davam edir. Onu da mütləq
qeyd etməliyəm ki, Böyük Britaniyanın Kommersiya Meneсmenti İnstitutunda
effektiv danışıqlar proqramı üzrə təlimlərə başlayırıq. «İlk 5 dəqiqə», «Uğurlu
danışıqların sirri», «Xarizmatik natiq «, «Formula: Motivasiya = mən + fizika»,
«Liderlik - təsir mexanizminin inkişafı» təlimlərini aparacam.
Təlimin sonunda 3 saat davam edən yazılı
imtahanın uğurlu nəticəsi kimi «Diploma in Business Communications» ixtisas
sənədi veriləcək. Bu imkanları, artıq, ölkəmizdən kənara çıxmadan belə əldə
etmək mümkün olacaq.
Günel İbrahim - Biznes Etikası üzrə ekspert, gəlir və gəlir mənbələrinin artırılması üzrə ilk beynəlxalq təlimçi, Qırmızı Xaç ve Qızıl Aypara Cəmiyyətinin MDB ölkələrində fandreyzinq , biznes etiket və müqavilələrin bağlanması üzrə, internet tv verilişlərinin ilk əsasını qoyan, «Evrovision 2012» İnternet Govermance forum və bir sıra əhəmiyyətli beynəlxalq tədbirlərin beynəlxalq etiket üzrə təlimçisi, Almaniya, Türkiyə, Rusiyada biznes psixologiyası üzrə təlim alan milli kadr.