

Yaxud dünyanın ən çirkin qadın yarışmasının qalibi Meri Ann Vebster
“Ev xanımı” yox, “evinin xanımı” olmaq
Onlar təbiətin özüdür
Yaponiya şahzadəsi Hisahito ilk dəfə mətbuat konfransını keçirib
Qocaların qayğısına süni intellekt qalacaq
Ölkədə yeni doğulanların sayı 9-cu ildir ardıcıl olaraq azalır
Heç düşünmüsünüz, niyə əksər kitablarda qəhrəmanlar ölür?
Riçard Feynman: “Günahımız nə idi?”
100 yaşdan yuxarı əhalinin sayında rekord artım
Kəndə köçüb uşaq dünyaya gətirəcək qadınlara 7 min manat mükafat vəd edilirdi
Müxtəlif sevgi növləri başqa-başqa sahələri aktivləşdirir
Hökumət gənclər arasında evliliklə bağlı təbliğat və təşviqat işlərini gücləndirib
Azərbaycanda ailə qurmaq üçün mövcud olmuş qeyri adi adət
Cənubi Koreya hökuməti hər doğulan körpə üçün fantastik məbləğ təklif edir
Cehiz aparan qızın atası borcda, cehizsiz qız isə qayınana hədəfində - ailələri çökdürən səbəb
Yəhudilərdən öyrənməyə dəyər
Amerikalı psixoloq Coli Hamilton münasibətlərdə qısqanclıq hissi ilə mübarizə aparmaq üçün müxtəlif məsləhətlər verir. CNN-in sağlamlıq müxbiri Sanjay Guptana danışan mütəxəssis deyir ki, qısqanclığı anlamaq bizim tərəfdaşlarımızla bağlarımızı gücləndirə bilər.
Nəticələrə tələsməyin, panik etməyin
Hamilton deyir ki, insan qısqanclıq hiss etdikdə, impulsiv hərəkət etmək əvəzinə, vəziyyəti bütün ölçüləri ilə nəzərdən keçirməlidir: “Tələsik nəticə çıxarmayın, əvvəlcə hisslərinizə diqqət yetirin, – deyən psixoloq əslində nə baş verdiyini anlamağın vacibliyini vurğulayır: “Ən kiçik qısqanclıqdan özümüzdən çıxmayın. Sakit olun.”
Zərər verməyə meyl etməyin
Hamilton qısqanclığın qəzəbə səbəb ola biləcəyinə diqqət çəkir və bu vəziyyətlərdə yaxınlarımıza zərər verməkdən çəkinməyin vacibliyini xatırladır.
Psixoloq emosional və fiziki reaksiyaların tənzimlənməsinin, dərindən nəfəs almağı tövsiyə edir və nəzarəti itirməməyin vacibliyini vurğulayır: “Bəli, bunu demək asandır, amma etmək çətindir. Bəzi özünü tənzimləmə bacarıqlarını və sinir sisteminizi necə tənzimləməyi öyrənin”.
Utanma
Qısqanclığın münasibətlərdə təbii bir duyğu olduğunu xatırladan Hamilton, insanların bunun üçün özlərini günahlandırmamalı və utanmamalı olduqlarını vurğulayır.
Bu hissin normal olduğunu anlamağın vacibliyinə işarə edərək, “Qısqanclıq bir duyğudur, müəyyən bir məqsədə xidmət edir. Bu ortaya çıxanda, onu dinləməlisən”, – deyir.
Münasibətlər üzrə mütəxəssis qısqanclığı şeytana aldanmamaq üçün, “Əvəzində öz-özünüzə “qısqanclıqla mübarizə aparırsınız" deyin”.
Qısqanclığı romantikləşdirməyin
Hamilton bəzi filmlərdə, mahnılarda və ədəbiyyat əsərlərində qısqanclığın romantikləşdirildiyinə diqqət çəkir. O deyir ki, bu, qısqanclıq hissi yaradır: “Partnyorumuzun bir az qısqanc olmasını istəyirik və o qısqanc deyilsə, hətta ona acıqlı oluruq, sanki o, bizimlə maraqlanmır”.
Psixoloq qısqanclığı bu şəkildə tərənnüm etməyin təhlükəli olduğunu izah edir və aşağıdakı məsləhətləri bölüşür: “Bunun əvəzinə gözləntilərinizi açıq şəkildə paylaşaraq romantikləşdirin. Bu seksual səslənmir, amma söz verirəm ki, bunu müntəzəm olaraq etdiyiniz zaman həqiqətən olacaq”.
Partnyorunuzu qısqandırmağa çalışmayın
Psixoloq qısqanclığın “sevgi sübutu olmadığını” qeyd edir və bu perspektivin vəsvəsələrə səbəb ola biləcəyinə diqqət çəkir. Hamilton, “Bir nöqtəni sübut etmək üçün partnyorunuzu qısqandırmağa çalışmaq əks nəticə verəcək. Bunu bir oyuna və ya güc nümayişinə çevirmək olmaz”.
Amerikalı yazar Mel Robbin 2021-ci ildə nəşr olunan “The High 5 Habit” kitabında başqalarının uğurlarına paxıllıq etməyin mənfi təsirlərinə diqqət çəkərək, “Onların bunu edə bilməsi sizin də bacardığınız deməkdir”, – deyib.