vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
11:48 | 6 fevral 2025 | Cümə axşamı Məqaləyə 188 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

USAİD vətənində də arzuolunmazdır

ABŞ administrasiyası təşkilatı bioloji silah hazırlatmasında ittiham edib

Zaur MƏMMƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın ardından Tramp administrasiyası ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) ilə bağlı tədbirlər görməkdədir. İlon Mask rəsmi şəkildə bu təşkilatı bir neçə cinayətdə günahlandırıb. O yazır “USAİD Amerikaya nifrət edən solçu marksistlərin gürzə yuvasıdır. Bilirdinizmi ki, USAID sizin vergi vəsaitlərinizdən istifadə edərək milyonlarla insanın ölümünə səbəb olan “COVID-19”da daxil olmaqla bioloji silahların hazırlanmasını maliyyələşdirib?”

Dünən məlum olub ki, Tramp administrasiyası USAİD-ə 60-a yaxın yüksək vəzifəli məmuru məzuniyyətə buraxıb.

Rəsmi Bakının da bu təşkilata münasibəti birmənalı deyil. USAID son iki ildə Azərbaycan-Ermənistan münasibətlərində tərəf tutmağa başlayıb, hökumətə qarşı  ittihamlar səsləndirib. USAİD-in Azərbaycana qarşı qərəzli ittihamları əsasən 2023-cü ilin sonunda, rəsmi Bakının Qarabağda birgünlük lokal antiterror əməliyyatı ilə ərazi bütövlüyünü bərpa etməsindən sonra başlayıb. Həmin vaxt USAID-in rəhbəri Samanta Pauer (Samantha Power) demişdi ki, bir günlük antiterror əməliyyatı nəticəsində “yüz mindən çox insan evlərini tərk etməyə, qonşu Ermənistana köçməyə məcbur olub”. Halbuki, birgünlük antiterror əməliyyatından dərhal sonra Ermənistanın bas naziri Nikol Paşinyan bəyanat verdi ki, dinc əhaliyə qarşı heç bir zorakılıq olmayıb, sadəcə əhali Azərbaycanın yurisdiksiyasında yaşamaq istəməyərək Ermənistana köçüb. Həmin vaxt Azərbaycan hökuməti dinc əhaliyə erməni dilində müraciət etdi ki, onlara qalıb Azərbaycan vətəndaşlığını qəbul edib, yaşamağı təklif edir. Lakin 20 nəfərdən başqa bunu heç kim qəbul etməyib. Samanta Pauer isə bu fikri ilə, nədənsə, ermənilərdən daha çox erməni olmağa uğursuz cəhd göstərdi.

Görünən odur ki, Donald Tramp USAİD-in fəaliyyətini kardinal şəkildə dəyişməyi planlaşdırıb. Bu dəyişiklik isə, bütün dünyanın  hiss edəcəyi səviyyədə olacaq. Çünki, maliyyələşənlər arasında dövlətlər, səhiyyə sahələri, milyonlarla insanlar da var.