
660 milyon dollar cərimə
USAID-in ərköyün “uşaqları” ziyan vurduqları neft kəmərinə görə cavab verəcək
USAID-in ərköyün “uşaqları” ziyan vurduqları neft kəmərinə görə cavab verəcək
... Yaxud “Bazarı bağlanan” “USAID-lər” və əl-ayağa düşən tör-töküntüləri
Agentliyin ölkədə və xaricdə olan minlərlə işçisinə email göndərilib
Hindistan seçkilərində 21 milyon dollar xərcləməni ABŞ hökuməti də tənqid edir, qarşı tərəf də
Tramp xərclənməyən 8,2 milyard dolları bloklayıb
Heç kim təşkilat barədə bu cür sərt qərarların veriləcəyini gözləmirdi
ABŞ administrasiyası təşkilatı bioloji silah hazırlatmasında ittiham edib
550 milyon dollarlıq fiaskonun arxasından Bayden çıxdı
TRACECA nəqliyyat dəhlizi üzrə sərhəd-keçid məsələləri üzrə işçi qrupunun ilk iclası olacaq
Azay Quliyev zəbt olunmuş ərazilərimizdəki erməni hərbçilərin sayını açıqladı
USAID-in Azərbaycandan gedəcəyi ilə bağlı iddialar gerçəkləşir
Brok Birman: «ABŞ inkişaf sahəsində Azərbaycanla işləməyə sadiqdir»
İlham Əliyevə aid olmayan yarımçıq sensasiya və ya Kreşatikdə peraşki paylayanların Bakıya buraxılmamasından doğan nifrətləri
«ABŞ-da mənzillənmiş bir özəl fond bizə 4 milyon dollar vəd verib, bir şərtlə ki, ...»
ABŞ institutlarının boş qalan yerlərini müxtəlif təmayüllü qurumlar tutmağa çalışır...
«Millət vəkili tərəfindən insanların şərəf və ləyaqətinin alçaldılmasını qadağan edən tələb...»
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında ABŞ-ın Avropa və Avrasiyaya yardım üzrə koordinatoru Alina Romanovski, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ölkə üzrə direktoru Mikela Merediç və ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqanla görüş keçirilib.
Şuranın məlumatına görə, ABŞ-ın Avropa və Avrasiyaya yardım üzrə koordinatoru A.Romanovski xarici donorların yerli QHT-lərə qrant vəsaiti ayırmalarının hüquqi əsasları haqqında mövcud vəziyyətlə maraqlanıb və Şura sədrindən bu sahədə bir sıra məqamlara aydınlıq gətirilməsini xahiş edib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev «Qrant haqqında» qanuna edilmiş əlavə və dəyişikliklərin mahiyyəti haqqında qonaqlara ətraflı məlumat verib və onların suallarını cavablandırıb.
Şura sədri ABŞ Dövlət Departamentinin Dağlıq Qarabağa birbaşa yardımına da toxunaraq ölkə ictimaiyyətinin bunu ciddi narahatlıqla qarşıladığını qonaqların diqqətinə çatdırıb. A.Quliyev bildirib ki, xarici ölkələr tərəfindən Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə rəsmi Bakının razılığı olmadan edilən istənilən yardım və yaxud səfər beynəlxalq hüquq normalarına ziddir və qəbuledilməzdir.
USAID-nin ölkə üzrə direktoru M.Merediç hər iki qurum arasında əməkdaşlığı yüksək qiymətləndirib və tərəfdaşlarının üzləşdiyi çətinliklərin həllində Şuranın mühüm rolunu qeyd edib.
Sonda tərəflər müzakirə olunan məsələlərlə bağlı dialoqun və əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətli olduğunu qeyd ediblər.