Müharibə qorxusu
Tramp daimi atəşkəsə nail olsa, Tehranı uzunmüddətli nəzarətdə saxlaya bilər
18:53 | 1 sentyabr 2017 | Cümə
Məqaləyə 2836 dəfə baxılıb
Şriftin ölçüsü
Tramp daimi atəşkəsə nail olsa, Tehranı uzunmüddətli nəzarətdə saxlaya bilər
Hörmüz boğazı – dünya iqtisadiyyatının “qida borusu”
İran dövlət və xalq olaraq tamamilə məğlub edildi, sındırıldı və təhqir olundu
Çin səfərinin təxirə salınması münasibətlərin kursunu dəyişmir
Ağ Ev tələbini 100 milyarda endirdi
Hücum, yoxsa qəza?
Amma tanker sahibləri təhlükəsizlikdən əmin deyil
Bəs SEPAH kimin üzərində qalib gəlib?
Nələr var və razılaşma necə əldə olundu?
ABŞ və İsrailin fərqli maraqları
İranın ali lideri Trampla necə razılaşdı
Dünən gecə saatlarında tarixi siyasi mesajlaşma trafiki yaşanıb
Ağ Ev İranla atəşkəsi ABŞ-nin qələbəsi adlandırdı
Atəşkəs xəbəri qara qızıla mənfi, birjalara isə müsbət təsir etdi
Qiymətli metal bazarı atəşkəs xəbərləri qiymətləri qaldırdı
ABŞ prezidenti İrana verilən vaxtın bitməsinə 1 saat qalmış müjdəni verdi
Böyük Britaniyanın qeyri-hökumət strukturu olan və beynəlxalq humanitar minatəmizləmə fəaliyyəti ilə məşğul olan HALO Trast Azərbaycanın işğal altındakı ərazilərində Bakı ilə razılaşdırılmamış fəaliyyətini davam etdirir. Virtualaz.org xəbər verir ki, bu təşkilatın Dağlıq Qarabağdakı əməkdaşları üçün son vaxtlar təmas xəttində gərginliyin artması ilə bağlı iş çoxalıb. EurasiaNet saytının yazdığına görə hazırda təşkilatın Dağlıq Qarabağda 250 əməkdaşı işləyir, onlar 15 obyektdə mina təmizləmə fəaliyyəti ilə məşğuldur. Təşkilatın Qafqaz proqramlarının əməkdaşı Amasiya Zərgəryan bu haqda danışıb.
Bildirilir ki, 1995-ci ildən bəri minalar Qarabağda 370 mülki şəxsin ölümünə səbəb olub ki, bu da dünyada əhali sıxlığı baxımından ən yüksək göstəricilərdən biridir. Ermənilər arasında minalardan ən çox itki 2004-cü ildə qeydə alının-43 nəfər. 2016-cı ildə isə cəmi bir erməni mina partlayışından ölüb.
HALO Trust-un əməkdaşları Dağlıq Qarabağ Muxtar Vilayətinin sovet dövründə müəyyən edilmiş inzibati sərhədləri daxilində fəaliyyət göstərirlər. Çünki bu sərhədlərdən kənarda, yəni Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş Azərbaycan rayonlarında işləmək maliyyələşmə və təmas xəttinə yaxınlıq baxımından problemlər yaradır.
Təşkilatın əsas donorlarından biri ABŞ-ın hökumət agentliyi olan USAİD-dir. «Bizim ən iri donorumuz olan USAİD və digər beynəlxalq donorlar sovet dövrü sərhədlərindən kənarda minatəmizləməni maliyyələşdirmək istəmirlər. Lakin iki il əvvəl ABŞ-da mənzillənmiş bir özəl fond bizə 4 milyon dollar vəd verib, bir şərtlə ki, Qarabağda minaların təmizlənməsini 2020-ci ilə qədər başa çatdıraq», - Zərgəryan deyir.
O, əlavə edir ki, məsələnin siyasi baxımdan həssas olması HALO Trust-un işini çətinləşdirir. «Bizim burada işləməyimiz Azərbaycanın xoşuna gəlmir. Onlar çox fəal lobbiçilik edirlər ki, bizim buradakı fəaliyyətimizi dayandırsınlar, xüsusən də Konqresdə. Onlar bizim erməni hərbçiləri ilə birgə işlədiyimizi deyirlər», - Zərgəryan bildirib.
2016-cı ilin aprelində gedən döyüşlərdən sonra HALO Trust əməkdaşları aşkar ediblər ki, Qarabağda yeni «çirklənmə zonaları» yaranıb. «Laçın dəhlizində və cənub-şərq istiqamətində böyük sahələr var ki, biz hazırda orada təmizləmə aparmırıq. Çünki təmas xəttinə çox yaxındır», - Zərgəryan deyib.
Məqalədə deyilir ki, ötən il HALO Trust Azərbaycanın Xocavənd rayonunun Miruşen kəndində minaların təmizlənməsi üçün 30 min dollar ianə toplayıb. Həmin kənd Dağlıq Qarabağın inzibati sərhədlərindən bir qədər aralıda yerləşir və erməni qüvvələrinin işğalı altındadır.
«Minalar o vaxt bura ermənilər tərəfindən kəndi qorumaq üçün basdırılmışdı»-rayon «rəhbəri» Arkadi Zaxaryan bildirir. Onun dediyinə görə minaları basdıranlardan biri atəşkəsdən sonra kənddə qalıb, çünki minaların yerini o bilir.
HALO Trust Xocalı yaxınlığında da təmizləmə işləri aparır. Hazırda bu ərazilərin bir hissəsi minalardan təmizlənib.
Qeyd edək ki, rəsmi Bakı HALO Trust təşkilatının Azərbaycanın işğal altındakı ərazilərində minatəmizləmə fəaliyyətinin qarşısını almaq üçün mümkün rıçaqlardan istifadə edir. Bir neçə il əvvəl Bakının təzyiqlərindən sonra Britaniya hökuməti bu təşkilatın Qarabağda minatəmizləmə fəaliyyətinə maliyyə vəsaiti ayırmağı dayandırdı. Lakin USAİD təşkilatın Qarabağdakı fəaliyyətini maliyyələşdirməkdə davam edir, bu maliyyələşmə ABŞ Konqresi tərəfindən Dağlıq Qarabağ ermənilərinə hər il ayrılan maliyyə yardımları çərçivəsində həyata keçirilir. Azərbaycanın tərəfinin mövqeyini qismən nəzərə alan Dövlət Departamenti təşkilatın Dağlıq Qarabağın inzibati sərhədlərindən kənarda fəaliyyətini maliyyələşdirməyə qadağa qoyub.